Ana Sayfa > Seçilənlər-2 > Rəşid Behbudov adına məktəbin - 85 yaşı oldu

Rəşid Behbudov adına məktəbin - 85 yaşı oldu


8-02-2017, 12:28. Yazar: Sevinc
Rəşid Behbudov adına məktəbin - 85 yaşı oldu





Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi yaranmasının 85 illiyini qeyd edir. Fevralın 10-da Azərbaycan Dövlət Filarmoniyasında məktəbin şagirdləri geniş konsert proqramı ilə çıxış edəcəklər.

Kollektiv xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri ilə eyni səhnəni bölüşəcək. Konsertdə R.Abdullayev, A.Rzayev, F.Mendelson, E.Qriq, C.Rossini, T.Quliyev, Motsart və digər bəstəkarların yaradıcılığına müraciət olunacaq.

Qeyd edək ki, 1931-ci ildə Bakıda 1 və 2 nömrəli musiqi məktəbləri açılıb. 2 nömrəli musiqi məktəbində bir çox məşhur müəllimlər dərs deyib. Bu sırada L.Yeqerova, R.Siroviç, R.Gelman, M.Rudolf və digərlərini qeyd etmək olar.

1990-cı ildə məktəbə dünya şöhrətli müğənni SSRİ Xalq Artisti Rəşid Behbudovun adı verilib. 2006-cı ildən etibarən 2 nömrəli musiqi məktəbi onbirillik tədris müəssisəsinə çevrilib. (TREND)
Geri dön