Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Toyda qanlı olay - 45 yaşlı kişi bıçaqlandı

Toyda qanlı olay - 45 yaşlı kişi bıçaqlandı


20-09-2015, 13:12. Yazar: admin
Toyda qanlı olay - 45 yaşlı kişi bıçaqlandı

Ötən gün axşam saatlarında Şabran rayonunun Padar kəndində keçirilən toy mərasimində bıçaqlanma hadisəsi baş verib

Aia.az "Report"a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü rayon sakini Zülfüqar Əlyulla oğlu Cəfərov qarın boşluğundan bıçaq zərbəsi alıb.

Şabran Rayon Mərkəzi Xəstəxanasının cərrah həkimi Qürbət Niftəliyev bildirib ki, bıçaqlanan şəxs yol kənarından tapılıb.

İlkin məlumatlara görə, o toyda bıçaqlandıqdan sonra yol kənarına atılıb. Dərhal cərrahiyə otağına alınan Zülfüqar Cəfərovun vəziyyəti orta ağırdır.

Hadisə yerinə Şabran rayon Polis şöbəsinin əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.
Geri dön