Ana Sayfa > Gündəm / Aia TV > Qaradağda püskürən vulkandan - Foto

Qaradağda püskürən vulkandan - Foto


7-02-2017, 12:29. Yazar: Sevinc
Qaradağda püskürən vulkandan - Foto





Xəbər verdiyimiz kimi, fevralın 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Şirvan seysmik stansiyasından 31 kilometr şimalda - Qaradağ rayonunun Səngəçal qəsəbəsinin yaxınlığında vulkan püskürüb.

“AİA.AZ” xəbər verir ki, AMEA-nın Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi Orxan Abbasov Azərtac-ın hadisə yerində olan müxbirlərinə bildirib ki, “Otman bozdağ” vulkanında iki püskürmə baş verib. Vulkan iki fazada püskürüb. Birinci faza təxminən saat 12:20, ikinci faza isə 14:18 radələrində qeydə alınıb. Aparılan ilkin tədqiqatlar nəticəsində məlum olub ki, ikinci faza zamanı daha qüvvətli partlayış baş verib.

Birinci püskürmə 3 dəqiqə 23 saniyə, ikinci isə 6 dəqiqə davam edib. Tədqiqatçı deyib ki, ikinci partlayış zamanı alovun hündürlüyü təxminən 270-300 metrə çatıb. “Otman bozdağ” vulkanının püskürməsi nəticəsində ətraf ərazilərin landşaft örtüyü yanıb. Onun krater sahəsindən qərbə və cənuba doğru eni 3-5 metr, uzunluğu kilometrlərlə ölçülən dərin çatlar əmələ gəlib. Vulkanın brekçiyası 10 hektar ərazini əhatə edib.

“Otman bozdağ” vulkanının püskürməsi sonuncu dəfə 13 il bundan əvvəl – 2004-cü ildə qeydə alınıb. Bu isə vulkanın sayca doqquzuncu püskürməsidir. AMEA-nın Geologiya və Geofizika İnstitutu tərəfindən vulkanla bağlı araşdırmalar davam etdirilir.
Geri dön