Ana Sayfa > Şou-biznes / Manşet > “Apple” Hindistanda istehsala başlayır

“Apple” Hindistanda istehsala başlayır


6-02-2017, 13:40. Yazar: Sevinc
“Apple” Hindistanda istehsala başlayır






Bir neçə ay davam edən danışıqlardan sonra ABŞ-ın “Apple” şirkəti Hindistanın Banqalor şəhərində öz məhsullarının istehsalını işə salır.

Bu barədə CNN telekanalı yerli hökumətin bəyanatına istinadən xəbər verir.

Hindistanın informasiya texnologiyaları naziri Prayank Xardc bildirib ki, artıq məhsulların yığılmasına bu ilin aprelindən başlana bilər. Şirkətdə bu məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Amerikanın texnoloji nəhəngi hazırda “iPhone” və digər məhsullarını Hindistanda yerli distributorlar vasitəsilə satır. Ancaq bazardakı pay baxımından göstəricilərinə görə şirkət “Samsung” və “Xiaomi”, “Oppo” və “Lenovo” kimi Çin brendlərindən xeyli geri qalır. (İKT.lent.az)
Geri dön