Ana Sayfa > İqtisadiyyat / Manşet > Məhkəmə işlərinin 82 faizi bank kreditləridir - Statistika

Məhkəmə işlərinin 82 faizi bank kreditləridir - Statistika


3-02-2017, 13:21. Yazar: Sevinc
Məhkəmə işlərinin 82 faizi bank kreditləridir - Statistika





Azərbaycanda 2015-ci il və 2016-cı ilin birinci yarısında aparılan məhkəmə işlərinin statistikası açıqlanıb.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib. C.Cavadov bildirib ki, Dövlət Statistika Komitəsindən təqdim edilən məlumata görə, 2015-ci ildə məhkəmələrdə 228 min 428 mülki işə baxılıb. 2016-cı ilin yalnız birinci yarısında isə bu göstərici 166 min 43 iş olub.

2015-ci ildə məhkəmələrdə baxılmış işlərdən 171min 664 iş kredit münasibətləri ilə bağlı olub, bu da ümumi işlərin 75, 15 faizini təşkil edib.

Ötən ilin ilk 6 ayı ərzində isə kreditlərlə bağlı məhkəmə işlərinin sayı 136 min 231 olub. Bu isə işlərin ümumi həcminin 82 faizidir.

Vəkil bildirib ki, 2016-ci ili tam əhatə edən məlumatlar açıqlandıqdan sonra bu rəqəmlər artan templə davam etməsi gözlənilir.

C. Cavadov bildirib ki, məhkəmələrin icraatlarında olan mülki işlərin 82 faizi kredit münasibətlərindən irəli gələn işlər olduğuna görə hakimlərin digər işlərin normal qaydada araşdırılması fiziki baxımdan mümkün olmur: “Məhkəmələrin iş yükü artan templə davam edir və burada hakimlərin sayının artırılmasının mənası yoxdur. Qanunvericilikdə dəyişikliklər olunmalı, bu tipli işlərin sayının azaldılması üçün onlar notariat orqanına həvalə edilməlidir.

Statistik rəqəmlərə görə onsuz da məhkəmələr kredit münasibətlərindən irəli gələn işlərin əksər hissəsinə sadələşdirilmiş qaydada, yəni tərəfləri dəvət etmədən, əmr icraatı qaydasında baxırlar. 2016-cı ilin ilk yarısında bu işlərlə bağlı 115 min 415 məhkəmə əmri qəbul edilib və bu həmin işlərin 84 fazini təşkil edir”. (Qafqazinfo.az)
Geri dön