Ana Sayfa > Manşet / Seçilənlər > Tramp hərbi bazaya getdi - Xanımı ilə deyil, onunla... + Foto

Tramp hərbi bazaya getdi - Xanımı ilə deyil, onunla... + Foto


3-02-2017, 10:55. Yazar: Sevinc
Tramp hərbi bazaya getdi - Xanımı ilə deyil, onunla... + Foto




ABŞ prezidenti Donald Tramp Delaver ştatında Hərbi Dəniz Qüvvələrinin bazasına baş çəkib.

AİA.AZ “Spletnik.ru”ya istinadən verdiyi məlumata görə, onu xanımı Melaniya deyil, qızı, biznes-ledi İvanka müşayiət edib.

Bununla 35 yaşlı İvanka Trampın administrasiyasında rol oynayacağı, hətta birinci xanımın səlahiyyətlərinə daxil bir neçə vəzifəni də yerinə yetirəcəyinə dair xəbərləri təsdiqləmiş olub.

Qeyd edək ki, ABŞ-ın 45-ci prezidentinin inaqurasiyasından sonra İvanka Tramp əri, Ağ Evin sözçüsü təyin olunmuş Cared Kuşnerlə şirkətlərindəki mühüm vəzifələri tərk edərək 3 uşaqları ilə atasına kömək etmək üçün Nyu-Yorkdan Vaşinqtona köçüb. “First lady” Melaniya Tramp isə oğlu Berronla Nyu-Yorkda qalıb.
Geri dön