Ana Sayfa > Gündəm > Trampın əl-ələ fotosunun sirri bilindi - Mikrob və nərdivan fobiyası

Trampın əl-ələ fotosunun sirri bilindi - Mikrob və nərdivan fobiyası


30-01-2017, 20:05. Yazar: Sevinc
Trampın əl-ələ fotosunun sirri bilindi - Mikrob və nərdivan fobiyası



İngiltərə baş naziri Tereza Meyin Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşü zamanı əl-ələ tutmasının səbəbi məlum olub.

İngiltərənin “The Sunday Times” qəzetinin iddiasına görə, hər iki liderin əl-ələ tutmasına səbəb Trampın nərdivan fobiyası olub.

The Mirror nəşrinə açıqlama verən Ağ Ev rəsmisi isə bildirib ki, ABŞ prezidenti yüksəklikdən qorxur: “Xüsusilə də nərdivanlardan xoşu gəlmir və ən böyük qorxusu kirli sürahilərdir”.

Qeyd edək ki, Trampın mikrob fobiyasının olduğu bilinsə də, nərdivan fobiyası ilk dəfə mətbuatda hallanıb.
Geri dön