Mobil versiya
“Azəriqaz” abonentlərin iddialarına cavab verdi
Tarix: 03-01-2019 | Saat: 16:16
Bölmə:Ölkə | çapa göndər

“Azəriqaz” abonentlərin iddialarına cavab verdi


“Bu gün smart sayğaca yüklədiyim qazı sayğac 20 qəpikdən hesablayıb yarısını kəsdi. Əməliyyat 3 yanvar 2019-cu ildə baş verib”.



Bunu Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov sosial şəbəkə hesabında bildirib.



Təxminən 3 saat vaxt itirib mümükün şikayət mexanizmlərindən istifadəyə cəhd etdiyini bildirən S.Məmmədov “"Azəriqaz"ın heç bir şikayət mexanizmi işləmir” deyə iddia edib:



“Telefonla əlaqə cəhdləri də boşa getdi. Energetika nazirliyinə şikayət göndərdim. Nazirlikdə bütün şikayət mexanimləri işləyir. Telefonla və on-line müraciət təqdim etdim. Sonra SOCAR-ın şikayət mexanizmdən istifadə etmək istədim. Deməli SOCAR-a on-line müraciət edəndə çoxsaylı suallara cavab verməlisən. Şükür etdim ki, xarici ölkədə qohumlarımın olub-olmamasını soruşmadılar (belə qrafa yoxdur daha doğrusu). Uzun cəhdlərdən sonra ora da şikayətimi yolladım. Gözləyirəm. Mövzuya qayıdacağam”.



“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a açıqlamasında bildirib ki, Tarif Şurasının məsələ ilə bağlı son qərarına hansısa əlavə dəyişiklik edilməyib:

“1 yanvar 2019-cu ildən smartkarta aparılan ilk ödəniş əməliyyatlarından etibarən 1700 kubmetr qazın dəyəri 10 qəpikdən, 1700 kubmterdən artıq istifadə ediləcək qazın hər kubmetri isə 20 qəpikdən hesablanacaq”.

Qurum rəmisi bildirib ki, 10 qəpikdən hesablanan 1700 kubmterlik qaz hər il üçün 1 yanvar-31 dekabr tarixləri üçün nəzərdə tutulur:



“Yəni, əgər abonentin sayğacında ötən ildən məbləğ qalıbsa, 2019-ci ildə hansı aydan ödəniş edəcəksə, o vaxtdan yeni 1700 kubmetr qaz limiti hesablanacaq”.



İ.Kərbalayev deyib ki, borc və ödənişlərlə bağlı məlumatlarla tanış olmaq istəyən abonentlər “ASAN kommunal”a müraciət edə bilərlər:



“Qeyd edim ki, burada hər bir abonentin baza məlumatları saldo şəklində çıxarılaraq, ona təqdim edilir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024