Mobil versiya
Sürücülərin nəzərinə: Ağsu dolaylarında avtomobillərin hərəkəti təhlükəlidir
Tarix: 29-12-2018 | Saat: 16:20
Bölmə:Ölkə | çapa göndər

Sürücülərin nəzərinə: Ağsu dolaylarında avtomobillərin hərəkəti təhlükəlidir


Dünən səhərdən başlayan və dekabrın 29-da gecə saatlarında yağan qar Bakı-Şamaxı-Yevlax magistral yolunun 135-150-ci kilometrində avtomobillərin hərəkətində çətinliklər yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qar və qatı duman Ağsu dolaylarında nəqliyyatın hərəkətini çətinləşdirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin Ağsu rayonu üzrə sahəsinin işçiləri günorta saatlarınadək dolayların qardan təmizlənməsini başa çatdırıb. Sahə rəisi Eldar İsrafilov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dolaylarda qarın qalınlığı 5 santimetr təşkil edirdi. Səhər tezdən qreyder və duzsəpən maşınlarla yolların qardan təmizlənməsinə başlanılıb, avtomobillərin normal hərəkəti bərpa olunub.

Eldar İsrafilov sürücülərə zərurət olmadan, xüsusilə gecə saatlarında Ağsu dolayları ilə hərəkət etməməyi məsləhət görüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə