Mobil versiya
Nazirliyin şikayət etdiyi 2 restoran bağlandı
Tarix: 14-12-2018 | Saat: 17:43
Bölmə:Ölkə | çapa göndər

Nazirliyin şikayət etdiyi 2 restoran bağlandı


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Bakı, Sumqayıt, Gəncə və Abşeron yarımadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb.
Azvision.az xəbər verir ki, bunu ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, ETSN tərəfindən verilən vaxtdan bu günə qədər 223 iaşə obyektində müasir standartlara cavab verən qurğu quraşdırılıb. İki restoran məhkəmənin qərarı ilə bağlanıb. Onlar "Özkardeşlər" və "Qızıl balıq" adlı iaşə obyektləridir".

İ.İbrahimova qeyd edib ki, məhkəmə tərəfindən 17 restoranın bağlanması istiqamətində işlər görülür.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024