Mobil versiya
Bakının yeni baş planı ictimaiyyətə açıqlanacaq
Tarix: 31-10-2018 | Saat: 16:30
Bölmə:Ölkə | çapa göndər

Bakının yeni baş planı ictimaiyyətə açıqlanacaq


Ölkə başçısı İlham Əliyev 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılması ilə bağlı sərəncam imzalayıb.

Komitə Bakı şəhərinin baş planının hazırlanması üçün “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “The Boston Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini bu işə cəlb edib.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Bakı şəhərinin baş planının hazırlanması üzrə işlər davam etdirilir.


“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “The Boston Consulting Group” şirkəti ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işininin iki mərhələdə təşkil edilməsini planlaşdırır. Birinci mərhələdə paytaxtla bağlı bugünədək hazırlanmış bütün səhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələrinin təhlil edilməsi nəzərdə tutulur. İkinci mərhələdə Komitə “The Boston Consulting Group” şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsi prosesini davam etdirərək yekunlaşdırılmasını planlaşdırır”.


Rəsmi məlumata görə, görülmüş işlərin nəticələri barədə noyabr ayı ərzində ictimaiyyətə məlumat veriləcək.


Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq Baş plan təsdiq olunduqdan sonra 20 il ərzində qüvvədə olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024