Mobil versiya
Təbiətə sevgi ilə
Tarix: 23-10-2018 | Saat: 14:17
Bölmə:Ölkə | çapa göndər






Kürağzı Nərə Balıqyetişdirmə Zavodu Xəzərin bioresurslarının bərpa olunmasında xüsusi rol oynayır


Məlum olduğu kimi, Xəzər dənizinin bioloji resurslarının ehtiyatlarının idarə olunması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Milli Proqram tərtib edilmişdir. Milli Proqramda müəyyənləşdirilmiş istiqamətlərə müvafiq olaraq Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiyasiyası arasında imzalanmış “İnkişaf üçün kredit Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti Ulu Öndər cənab Heydər Əliyevin 1998-ci il 28 sentyabr tarixli, 898 saylı Sərancamına və həmin Sazişin şərtlərinə əsasən Respublikada Təxirəsalınmaz Ekoloji İnvenstisiyalar Layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji layihələr həyata keçirməyə başlanmışdır.


Təbiətə sevgi ilə

Bu baxımdan respublikamızda fəaliyyət göstərən balıqyetişdirmə müəssisələrinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Belə müəssisələrdən biri də C.Cavadov adına Kürağzı Nərə Balıqyetişdirmə Zavodudur. Bu müəssisə uzun illərdir ki, Xəzər dənizində nəsli kəsilməkdə olan nadir balıq növlərinin süni yolla artırılması ilə məşğul olur.Müasir tipli avadanlıqlarla təchiz olunmuş Kürağzı Nərə Balıqyetişdirmə zavodu əsasən nərə cinsli balıqların dörd növünün - bölgə, nərə, kələmo və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğul olur. Fəaliyyət göstərdiyi müddət ərzində Kürağzı Nərə Balıqyetişdirmə zavodu tərəfindən milyonlarla ədəd müxtəlif növlü nərə cinsli balıq körpələri yetişdirilmiş, standart ölçü və kütləyə malik olduqdan sonra Kür çayının mənbəsinə buraxılmışdır. Müəssisənin əsas fəaliyyəti nərəkimilərin artırılmasında qəbul olunmuş ümumi prinsiplər əsasında qurulmuşdur. Bunlara xüsusi balıqovlama vətəgələrində ovlanmış nərə cinsli törədici balıqların nəqliyyat vasitələrilə zavoda daşınması, cinsi yetişkənlik həddinə çatmış balıqların müvafiq hormonal preparatla inyeksiya vasitəsilə stimullaşdıırılması, müxtəlif üsullarla cinsi məhsulların alınması, kürünün mayalanması və yapışqan maddədən təmizlənməsi, inkubasiya prosesi, eləcə də sürfələrin və körpələrin böyüdülməsi aiddir.

Qeyd edək ki, ekoyönümlü olması səbəbilə balıqyetişdirmə müəssisələri spesifik iş rejiminə malik olmaqla yanaşı, burada çalışan insanların da xüsusi bilik və təcrübəyə malik olmalarını tələb edirlər. Bu baxımdan Kürağzı Nərə Balıqyetişdirmə zavoduna rəhbərlik edənGülsurə Musayevanın fəaliyyəti də xüsusilə qeyd oluna bilər. Öz işinin əsil peşəkarı olan Gülsurə xanım rəhbərlik etdiyi kollektivin üzvlərinə də hər zaman gördükləri işin böyük əhəmiyyət kəsb etdiyindən bəhs edir. Məhz Gülsurə Musayevanın tələbkarlığı, yüksək məsuliyyət hissi, öz işinə ciddi yanaşma tərzi və eyni zamanda da rəhbərlik etdiyi kollektivin üzvlərinə qarşı hər zaman qayğıkeş və diqqətli olması nəticəsində bu gün Kürağzı Nərə Balıqyetişdirmə zavodunda yalnız öz işini bilən, məsuliyyətli peşəkarlar çalışırlar. Təbii ki, bütün bu keyfiyyətlərin də əsasında Vətənə sonsuz sevgi və dövlətə sədaqət prinsipləri durur. Gülsurə Musayevanı yaxından tanıyanlar isə, onun təkcə öz işini deyil, həmçinin bütün həyatını məhz bu prinsiplər əsasında qurduğunu çox gözəl bilirlər.

aia.az

Mehman Həsənov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024