Mobil versiya
Bərdədə 600 kq at əti aşkar olunub
Tarix: 20-10-2018 | Saat: 16:31
Bölmə:Ölkə | çapa göndər

Bərdədə 600 kq at əti aşkar olunub


Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

aia.az-ın məlumatına görə, növbəti belə tədbir DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş İctimai Təhlükəsizlik idarələri və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə oktyabrın 19-da Bərdə rayonu ərazisində keçirilib.

Rayonun Qaradağlı kəndi ərazisindəki yardımçı tikilidən rayon sakinləri Alim Məmmədov və Teymur Bağırov tərəfindən kəsilmiş, çəkisi 600 kiloqram olan 3 baş at və kəsilməkdə olan 2 baş at aşkar edilib.
Araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024