Mobil versiya
Gəncə Səhiyyə İdarəsinin yeni rəisi kimdir? - DOSYE
Tarix: 19-10-2018 | Saat: 09:47
Bölmə:Ölkə | çapa göndər

Gəncə Səhiyyə İdarəsinin yeni rəisi kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, Gəncə Şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin edilib.

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib.

O deyib ki, Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Bu vəzifəyə Abbas Səhhət adına 1 nömrəli Gəncə şəhər xəstəxanasının baş həkimi Nazim Məmməd oğlu Əhmədov təyin edilib.

Nazım Məmməd oğlu Əhmədov 1958-ci ildə Gəncə şəhərində anadan olub. 1975-ci ildə orta məktəbi əla qiymətlərlə bitirən Əhmədov elə həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1981-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1982-1986 -ci illərdə Rusiyanın Penza vilayətinin Belinsk şəhərində əvvəl sahə həkimi, terapiya şöbəsində həkim, sonralar şöbə müdiri kimi fəaliyyət göstərib.

1986-cı ildən 1992-ci ilə qədər Gəncə şəhər təcili tibbi yardım xəstəxanasında həkim terapevt, 1992-ci ildən 2006-ci ilə kimi həmin şöbənin müdiri kimi çalışıb. 2006-cı ildən Abbas Səhhət adına 1 saylı xəstəxananın baş həkimi kimi fəaliyyət göstərib. 1998-ci ildən Gəncə Səhiyyə İdarəsinin baş terapevtidir.

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, ailəlidir, 3 övladı var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024