Mobil versiya
Sərnişinlər 175 nömrəli avtobusdan niyə düşürülüb? - RƏSMİ AÇIQLAMA
Tarix: 22-09-2018 | Saat: 16:18
Bölmə:Ölkə | çapa göndər

Sərnişinlər 175 nömrəli avtobusdan niyə düşürülüb? - RƏSMİ AÇIQLAMA


Bakı Nəqliyyat Agentliyi 175 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusdan sərnişinlərin düşürülməsinə dair yayıılan məlumata münasibət bildirib.

Qurumun mətbuat katibi Mais Ağayev BakuPost-a bildirib ki, məsələ Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırma aparılıb:

"Müəyyən edilib ki, 14.09.2018-ci il tarixində saat 18:30 radələrində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus "28 May” metrostansiyasının qarşısından Hövsan qəsəbəsi istiqamətində hərəkətə başlayıb. Lakin həmin ərazidə tıxac olduğundan avtobus uzun müddət hərəkət edə bilməyib. Bu zaman sərnişinlər sürücüdən avtobusun qapısını açmağı və onların düşməsinə şərait yaradılmasını tələb ediblər. Sürücü öz növbəsində bu barədə "BakuBus” MMC-yə məlumat verdikdən sonra sərnişinlər üçün müvafiq şərait yaradıb. Bir neçə sərnişin istisna olmaqla, qalanları avtobusu tərk edib. Avtobusdan düşməyən sərnişinlər tıxac aradan qalxandan sonra avtobusun salonunda olan sərnişinlərlə birgə Hövsan qəsəbəsi istiqamətinə yollanıb".

M.Ağayev əlavə edib ki, məsələnin həqiqətə uyğun olmayan tərzdə təqdim edilməsi təəssüf doğurur: "Media nümayəndələrindən bir daha xahiş edirik ki, müntəzəm sərnişindaşıma ilə bağlı hər hansı bir məlumatı dərc etməzdən öncə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə müraciət etsinlər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024