Azərbaycanda 4 regional su-kanal idarəsi YARADILDI
Tarix: 19-07-2018, 17:16 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər


Azərbaycanda 4 regional su-kanal idarəsi YARADILDI


“Azərsu” ASC 4 şəhər və rayonda regional su-kanal idarəsi açıb.

“Azərsu” ASC-dən aia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə əsasən “Azərsu” ASC ölkə ərazisində 4 regional su-kanal idarəsini açıb.

Respublikanın şimal zonası üzrə 1 saylı Quba regional su-kanal idarəsinin əhatəsinə Xaçmaz, Quba, Şabran, Siyəzən və Xızı su-kanal idarələri, 2 saylı Ucar regional su-kanal idarəsinin əhatəsinə İsmayıllı, Şamaxı, Ağsu, Göyçay, Zərdab, Kürdəmir və Qobustan su-kanal idarələri, cənub zonası üzrə 3 saylı Lənkəran regional su-kanal idarəsinin əhatəsinə Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara su-kanal idarələri, Mil-Muğan zonası üzrə 4 saylı Şirvan regional su-kanal idarəsinin əhatəsinə Şirvan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Beyləqan,Füzuli,CəbrayılvəXocavəndsu kanal idarələri daxildir.

Yeni yaradılan regional idarələrin hər birinə rəis təyinatları olub, ştat vahidləri üzrə işçilər qəbul edilib. Daha 4 regionda regional su-kanal idarələrinin yaradılması nəzərdə tutulur.



aia.az



590 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
18-10-2018
17-10-2018
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031