Mobil versiya
Bakı Beynəlxalq Avtovağzal Kompleksi yenidən qurulur
Tarix: 21-06-2018 | Saat: 11:39
Bölmə:Ölkə | çapa göndər

Bakı Beynəlxalq Avtovağzal Kompleksi yenidən qurulur


Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı Beynəlxalq Avtovağzal Kompleksi üçün nəzərdə tutulan və tezliklə əhalinin istifadəsinə veriləcək "Nəqliyyat Qovşağı" layihəsini təqdim edib.

aia.az xəbər verir ki, qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, layihə şəhərlərarası sərnişindaşımalarda dispetçer mərkəzinin yaradılması, vahid bilet (elektron) satışı sisteminin təkmilləşdirilməsi və digər yerüstü nəqliyyat növləri üzrə bilet satışı sistemləri ilə inteqrasiyası, şəhərlərarası və beynəlxalq sərnişin daşımalarında avtobusların “avtovağzaldan-avtovağzala” prinsipi əsasında hərəkətinin təmin edilməsi nəzərdə tutulur.

Bundan başqa, tələbata uyğun olaraq paytaxtın bəzi yerlərində avtostansiyaların təşkili, nəqliyyat və piyada axınlarının bir-birindən ayrılması, heç bir yerüstü piyada zolağından (zebra) istifadə edilməməsi, avtobusların piyada axını ola biləcək yerlərdə geriyə hərəkətinin ləğv edilməsi, avtonəqliyyat vasitələrinin giriş və çıxış yerlərinin ayrı olması, taksilər, şəxsi minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələrinin əhalinin rahatlığı məqsədilə vahid məkanda yerləşdirilməsi planlaşdırılır.

Həmçinin Lökbatan dairəsinə daxil olmaq üçün avtonəqliyyat vasitələrinin Biləcəri dairəsinə daxil olmasının qarşısının alınaraq, birbaşa Lökbatan dairəsinə giriş təmin ediləcək və Biləcəri dairəsindəki sıxlıq aradan qaldırılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024