Mobil versiya
“Qəşəm Nəcəfzadənin məqsədi füzulililəri təhqir etmək olub” - Yazarlar arasında QALMAQAL
Tarix: 22-02-2018 | Saat: 12:22
Bölmə:Ölkə | çapa göndər

“Qəşəm Nəcəfzadənin məqsədi füzulililəri təhqir etmək olub” - Yazarlar arasında QALMAQAL




“1993-cü ildə Füzuli rayonu işğal edildikdən sonra məcburi köçkün kimi İmişli rayonuna gəldik. Yorğan-döşəyimizi adını çəkmək istəmədiyim kəndlərdən birində bir ailənin evinə yığdıqdan sonra Bakıya köçdük. İki aydan sonra həmin kəndə gedib əşyalarımızı götürmək istəyəndə bizə dedilər ki, “nə yorğan, nə döşək? Bizim evə siz heç nə qoymamısınız.” Bu hadisəni bir rayon əhalisinin adına yazmaq şərəfsizlik olmazdımı?”


Bunu Modern.az-a açıqlamasında gənc yazar Tağı Türk şair Qəşəm Nəcəfzadənin sosial şəbəkədə yazdığı bir statusuna münasibət bildirərkən deyib.


O, Qəşəm Nəcəfzadənin bölgənin adını məqsədli şəkildə qabartdığını bildirib: “Qəşəm Nəcəfzadə yazdığı statusda söyləyir ki, bir maşın daş alıb və daş aldığı adam onu dövlət orqanlarına satıb. Və həmin adamın Füzulidən olduğunu qeyd edir. Onun rayon adını çəkərək hədəf göstərməsi, eləcə də statusuna yazılan şərhlərdə füzulililərin təhqir olunmasına göz yumması, bunu deməyə əsas verir ki, statusu məqsədli şəkildə yazıb və məqsədi füzulililəri təhqir etməkdir.”


Tağı Türk ondan bütün füzulililərdən üzr istəməsini tələb edib: “Kəramət Böyükçölün “Xalq şairi” Xəlil Rza Ulutürkü təhqir etməsini onun gənc olmasına bağışladıq. Cavandır, ağılsızlıq edib. Amma sizin kimi bir ziyalının, çox hörmət etdiyim bir şəxsin bütöv bir rayonun təhqir olunmasına şərait yaradırsa, onu bağışlamaq günahdır. Və məsələ şişməmiş bütün füzulilərdən üzr istəməsini tələb edirəm.”


Qeyd edək ki, tanınmış şair Qəşəm Nəcəfzadə özünün sosial şəbəkə hesabından qalmaqala səbəb olan paylaşım edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024