Mobil versiya
Donald Tramp Türkiyəyə keçi ovlamağa gəldi
Tarix: 01-12-2016 | Saat: 14:45
Bölmə:Seçilənlər-4 | çapa göndər



ABŞ prezidenti seçilmiş Donald Trampın oğlu, 38 yaşlı Donald Tramp (junior) bu həftə Türkiyədə keçi ovuna çıxıb.

Konqres, Ağ Ev və Amerika siyasətindən yazan “The Hill” qəzeti diqqəti belə bir məqama çəkir ki, oğul Trampın Türkiyəyə səfəri ata Trampın Ankara hökuməti ilə ilk təmasları ilə eyni vaxta təsadüf edir.

Türkiyənin “Doğan” xəbər agentliyinin məlumatına görə oğul Tramp kurort şəhəri Antalya yaxınlığındakı dağlarda çərşənbə günü ov edirmiş. Xəbər verilir ki, bir neçə mühafizəçi ilə müşayiət olunan Tramp iki dağ keçisi vurub. O uğurlu ovdan sonra Almaniyaya yollanıb.

“The Hill” yazır ki, oğul Trump və onun qardaşı Erik mahir ovçudurlar, lakin seçki zamanı özlərinin ov şəkillərini sosial mediada yaydıqdan sonra qalmaqala səbəb olmuşdular. Bu fotolarda iki qardaş ovlanmış fil və vəhşi camışın cəsədlərini nümayiş etidirirdilər. Məqalədə deyilir ki, bu ov səfəri Türkiyə hökuməti və Tramp administrasiyası arasında açılımın başlanğıcı kimi də qiymətləndirilə bilər.



“The Hill” xatırladır ki, Ərdoğan və Barak Obama arasında münasibətlər Ankaranın Suriya siyasəti ilə bağlı gərgindir. Türkiyə hökuməti həm də inanır ki, Tramp Türkiyəni insan haqlarının vəziyyətinə görə bir elə tənqid etməyəcək.

“Mən düşünürəm ki, vətəndaş azadlıqlarına gəldikdə bizim ölkəmizin özünün çoxlu problemləri var və bizim üçün başqa ölkələrin işinə qarışmaq çətin olar…” –Tramp iyul ayında The New York Times qəzetinə müsahibəsində demişdi. “Bizə müttəfiqlər lazımdır, - deyə o əlavə etmişdi, - Mən düşünmürəm ki, bizim kiməsə mühazirə oxumaq haqqımız var”.



“The Hill” yazır ki, Donald Trampın milli təhlükəsizlik müşaviri kimi seçimi olan general-leytenant Maykl Filinn Fətullah Gülənin Ankaraya ekstradisiya olunması ideyasını müdafiə edir. “Biz dünyaya Türkiyənin gözləri ilə baxmalıyıq, Təsəvvür edin ki, biz 11 sentyabrdan dərhal sonra Osama bin Ladenin Türkiyə kurortlarından birindəki gözəl bir villada yaşadığını eşitsək necə olardı?..”-Filin bildirmişdi.

Belə görünür ki, bu yanaşma Erdoğanın ürəyindəndir, beləki o, əvvəllər respublikaçı namizədi antimüsəlman bəyanatlarına görə tənqid etməsinə baxmayaraq, indi Trampın seçilməsinin tənqid olunmasını “demokratiyaya hörmətsizlik” adlandırmışdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024