Mobil versiya
Ümumdünya Siqaretdən İmtina Günüdür
Tarix: 15-11-2018 | Saat: 12:13
Bölmə:Media | çapa göndər

Ümumdünya Siqaretdən İmtina Günüdür

Bu gün Ümumdünya Siqaretdən İmtina Günüdür.

BakuPost xəbər verir ki, əslində tibbdə siqaret asılılığı deyilən bir anlayış mövcud deyil. Siqaret çəkən insanların siqareti tərgidə bilməməsi isə şəxsin orqanizmində gedən spesefik proseslər kompleksinin təzahürüdür.

Nikotin orqanizmə düşdükdən sonra cəmi 18 dəqiqə müddətində zəif ağrıkəsici effekti yaradır. Sonradan siqaret aludəçisi orqanizmində gedən maddələr mübadiləsi sayəsində bədənində olan dəm qazı, karbon dioksid və digər zərərli maddələrin təmizləndikdən sonra özünü daha rahat hiss edir. Siqaret tüstüsü vasitəsilə ağciyərlərdən bədənə 500-ə yaxın birləşmə, azot, ammonyak, smol, ağır metal duzları, yanma prosesində əmələ gələn qalıq maddələri daxil olur.

Siqaret çəkməyin səbəb olduğu xəstəliklərdən hər il dünyada 5 milyondan çox insan dünyasını dəyişir. Siqaret çəkənlərin əksəriyyətinin tütünün sağlamlığa vurduğu ziyandan xəbərdar olmasına baxmayaraq, bir çoxları bu ziyanlı vərdişin öhdəsindən gələ bilmir. Dünya Beynəlxalq siqaretdən imtina günü 1977-ci ildə Amerika Onkologiya mərkəzinin təsisi ilə yaradılıb. ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) məlumatına görə, dünyada 90% ölümlər ağciyər xərçəngindən, 75% -i xroniki bronxintdən, 25% siqaretə bağlı ürəyin işemik xəstəliyindən baş verir. Dünyada hər saniyədə 1 siqaret çəkən insan dünyasını dəyişir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024