Mobil versiya
Mühafizəçilər səhvən naziri öldürdülər
Tarix: 04-05-2017 | Saat: 10:23
Bölmə:Media / Karusel | çapa göndər

Mühafizəçilər səhvən naziri öldürdülər


Somalidə təhlükəsiz xidmətinin əməkdaşları səhvən ölkənin İctimai işlər və yenidənqurma naziri Abbas Abdullahini güllələyərək öldürüblər.
İnsident paytaxt Moqadişoda, prezident sarayının qarşısındakı nəzarət-keçid məntəqəsində baş verib.

Polis nümayəndəsi Nur Hüseynin sözlərinə görə, təhlükəsiz xidmətinin əməkdaşları avtomobildə terrorçuların olduğunu zənn edərək atəş açıblar.

Qeyd edək ki, Somalidə "Əl Qaidə” ilə əlaqəli olan "Əş-Şəbab” terrorçu qruplaşması fəaliyyət göstərir. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır. Ötən ilin iyun ayında Somalinin Ətraf mühit naziri Buri Həmzə "Əş-Şəbab” terror qruplaşmasının Moqadişoda otelə hücumu nəticəsində öldürülüb. (APA)


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024