Mobil versiya
Kim neçə sm qarla "öyünür"?
Tarix: 28-01-2017 | Saat: 12:24
Bölmə:Media / Karusel | çapa göndər

Kim neçə sm qarla "öyünür"?







Yanvarın 27-si gündüzdən 28-i səhərədək müşahidə olunmuş faktiki hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Aia.Az-a əvvəlcədən də xəbər verildiyi kimi, yanvarın 27-si gün ərzində, 28-i səhərədək ölkə ərazisində hava şəraiti yağıntılı keçib, qar yağıb, Böyük Qafqazın bəzi ərazilərində intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Böyük Qafqazda 2-24, Kiçik Qafqazda 8-14, Naxçıvan MR-da 3-6, Lənkəran-Astara zonasında 1-12, Mərkəzi-Aran rayonlarında 1-10, Qazax-Gəncə zonasında 1-5 mm olub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda 74, Ağdərədə 68, Şəkidə 30, Şahbuzda 27, Gədəbəydə 22, Daşkəsən, Qəbələ, Oğuz, İsmayıllıda 20, Şərurda 19, Zaqatala, Xaltanda 14, Altıağac, Göygöldə 10, Balakəndə 9, Qusarda 8, Naxçıvan, Rvarudda 7, Bərdə, Tərtərdə 6, Gəncə, Quba, Göyçayda 5, Beyləqan, Şamaxı, Lerik, Ordubadda 4, Bakı, Şəmkir, Gəncə AVİA, Şahdağ, Ağsu, Yardımlıda 3, Göytəpə, Tovuzda 2, Ağstafa, Ağdam, Xaçmaz, Biləsuvar, İmişli, Yevlaxda 1, Qubanın dağlıq ərazilərində 3-21 sm-ə çatıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə