Mobil versiya
Meksika ilə hasar 15 milyarda başa gələ bilə
Tarix: 26-01-2017 | Saat: 21:10
Bölmə:Media / Karusel | çapa göndər

Meksika ilə hasar 15 milyarda başa gələ bilə






ABŞ-ın qanunverici orqanının yuxarı palatasındakı respublikaçı çoxluğunun lideri Mitç Makkonnell ölkənin Meksika ilə sərhədində hasar çəkilməsinin 12-15 milyard dollara başa gələ biləcəyini deyib.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Meksika ilə sərhəddə "iri fiziki sədd" tikintisi barədə fərman imzalayıb. Dövlət başçısı bəyan edib ki, səddin reallaşıdırılması "dərhal başlanacaq". O, həmçinin ABŞ və Meksika münasibətlərinin "yaxşılaşacağına" əminliyini bildirib.

Donald Tramp hələ seçkiqabağı kampaniyada ABŞ ərazisinə qeyri-leqal miqrant axınını dayandıra biləcək divar tikintisinin lehinə çıxış edirdi. Onun sözlərinə görə, səddin hündürlüyü 15 metrə yaxın olmalıdır. Divarın dəyərini isə Tramp 10-12 milyard dollar həcmində qiymətləndirib.

Xatırladaq ki, Meksika hökuməti ABŞ Prezidenti Donald Trampın iki ölkə arasında divar çəkilməsinə dair qərarını tənqid edib. Ölkə Prezidenti Enrike Penya Nyeto Meksikanın səddin tikintisi üçün pul ödəməyəcəyini bir daha bəyan edib.

Bu mübahisə fonunda Meksika Prezidentinin yanvarın 31-də Vaşinqtona planlaşdırılan səfərinin baş tutacağı hələlik məlum deyil. Nyeto səfərin təxirə salınmasına lüzum görmədiyini, Tramp isə onunla görüşdən imtina etməyə hazır olduğunu bildirib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024