Mobil versiya
Qadın həkim yaxşıdır, yoxsa kişi?
Tarix: 03-01-2017 | Saat: 17:44
Bölmə:Media | çapa göndər

Qadın həkim yaxşıdır, yoxsa kişi?







Qadın həkim, yoxsa kişi? Xəstələnib ağrıdan qıvrılan zaman, çətin ki, kimsə bu barədə fikirləşsin. Amma sən demə, bunun mübahisəsini aparanlar heç də az deyilmiş.

Amerikalı həkimlər sübut ediblər ki, müalicə edən həkimin cinsiyyəti ilə xəstəliyin nəticəsinin əlaqəsi var. Məlum olub ki, qadın həkimlərin xəstələri arasında ölüm faktı daha azdır.

AIA.Az xarici KİV-ə istinadən bildirir ki, Harvard Təbb Məktəbinin alimləri 1,5 milyon yaşlı xəstənin (65 yaşdan yuxarı, orta yaş həddi - 80) məlumatlarını araşdırıblar.

Onların hansı xəstəlik səbəbilə və hansı vəziyyətdə xəstəxanaya gətirildikləri mütəxəssisləri maraqlandırmayıb. Yalnız müalicəni aparan həkimin cinsi və xəstənin son durumu araşdırılıb. Məlum olub ki, qadın həkimə müraciət edən xəstələr eyni xəstəlik ucbatından ikinci dəfə həkimə getməyiblər.

Həmçinin həkimə müraciətdən sonra 1 ay müddətində ölənlərin sayı kişi həkimlərin nəzarətində olan xəstələr arasında 4 faiz çox olub.

Bu əlaqənin səbəbini alimlər tapa bilməyiblər, lakin bir neçə fərziyyə irəli sürüblər: 1. qadınlar müalicə alqoritm və protokollarına daha ciddi riayət edirlər; 2. zərif cinsin nümayəndələri insanlarla daha yaxşı ünsiyyət qurur, özlərinə qarşı inam və tövsiyələrinə əməl etmək arzusu yaradırlar.

Bəs siz, Milli.Az-ın oxucuları, hansı həkimə müraciət etməyi üstün tutursunuz - qadın, yoxsa kişi həkimə?



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024