Mobil versiya
Dünyanın ən qəribə dili
Tarix: 22-11-2016 | Saat: 12:38
Bölmə:Media | çapa göndər




Amazoniyada yaşayan ovçuların dili - pirahan - dünyanın ən qəribə dili adlandırılıb.

Belə bir qənaətə Oslo universitetinin dilşünaslıq üzrə professoru Rolf Teyl gəlib.

Teylin sözlərinə görə, pirahan dilində mənaları fərqləndirmək üçün səs yüksəyliyindən istifadə olunur. Məsələn, pirahan dilində “dost” və “düşmən” sözləri eyni yazılır, lakin müxtəlif deyilişə malikdir. Bundan əlavə, bu dildə danışmaq, oxumaq və fit çalmaq olar. Fit çalmağı kişilər ovda istifadə edirlər.

Pirahan dilində cəmi üç sait və səkkiz samit var. Bu dildə rəngləri ifadə edən və say bildirən sözlər yoxdur. Əgər hər hansı bir rəngi ifadə etmək lazımdırsa, bu zaman bu rəngdə olan əşyaların adı çəkilir (“qırmızı” - “qan”, “yaşıl” - “yarpaq”). Əşyaların sayı isə yalnız üç sözlə ifadə olunur (“bir neçə”, “daha çox” və ya “çox”). Pirahan dilində həmçinin felin zamanları da yoxdur.

Bəzi dilşünasların fikrincə, pirahan dilinin mövcüdluğu Noama Homskinin bütün dillərdə cümlə quruluşunun universallığı barədə nəzəriyyəsini şübhə altına qoyur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024