Mobil versiya
Beyinin inkişafına kömək edən 10 qəribə hərəkət
Tarix: 16-10-2016 | Saat: 15:13
Bölmə:Media | çapa göndər

Beyinin inkişafına kömək edən 10 qəribə hərəkət






Neyrobika - beyin üçün məşq funksiyasını yerinə yetirən hərəkətlərdir. Bu məşqə 5 hiss orqanları cəlb olunub: görmə, eşitmə, iybilmə, dad, lamisə (toxunmaqla hiss etmə). Onların müntəzəm yerinə yetirilməsi beyinin müxtəlif bölgələrində sinir inkişafını stimullaşdırır, sinir hüceyrələrini yaxşılaşdırıb yaddaşı möhkəmləndirir.
Publika.az bu yazıda oxucuları beyinin inkişafına kömək edən sadə hərəkətlərlə tanış edib. Bu hərəkətləri mütəmadi olaraq yerinə yetirdikdən bir müddət sonra müsbət effekti mütləq hiss edəcəksiniz.

1. Gözü bağlı duş qəbul edin
Əşyaları, suyu toxunaraq hiss etmək baş beynin fəaliyyətini yaxşılaşdırır. Sizin əlləriniz görmədiklərinizi hiss edir, beləcə onlar bu barədə sizin beyninizə siqnallar göndərir.
Gözü bağlı yalnız duyğu orqanlarına arxalanaraq əşyalara toxunun. Bu, sizin fantaziyanızı və yaradıcılıq qabiliyyətinizi gücləndirir. Zədədən yayınmaq üçün bütün bunları çox ehtiyatla edin.

2. Dişləri işlətmədiyiniz (sağ və ya sol) əllə təmizləyin
Araşdırmalar göstərib ki, beynin əks yarımkürəsinin istifadəsi zehnin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Dişləri işlətmədiyiniz əllə təmizləyin, eləcə də diş məcununun qapağını həmin əllə açmağı unutmayın.

3. Səhər vərdişlərinizi dəyişin
Beyin üzərində aparılan tədqiqatlar göstərir ki, yeni vərdişlər baş beyin fəallığının səviyyəsinin artırır. Səhər yeməyindən sonra geyinin, itlə yeni parkları gəzin, kanalınızı dəyişib yeni verilişlərə baxın.

4. Adi əşyaları baş-ayaq yığın
Əşyaları düz qoyduqda beyin tez onları tanıyır və diqqətinizi dərhal başqa yerə yönləndirir. Onları baş-ayaq çevirdikdə isə beyin yarımkürəsinin sağ tərəfi işə qoşulur və bu anlaşılmazlığı düzəltmək barədə düşünür.

5. Həmişəki yerinizi dəyişdirin
Ailə üzvlərinin əksəriyyətində masa arxasında hər kəsin öz yeri var, beyin isə daim yeni təcrübələrə ehtiyac duyur. Bunun üçün bəzi vərdişlərinizi dəyişməli olacaqsınız. Məsələn, həmişəki yerinizi, yaxud da çarpayının yerini dəyişdirmək yaxşı fikirdir.

6. Yeni ətirlər iyləyin
Yəqin ki, hər biriniz qəhvə qoxusunun səhərlər insan əhvalına necə müsbət təsir etdiyini müşahidə etmisiniz. Eləcə də başqa bitkilərin qoxuları sinir sisteminə müsbət təsir göstərir. Məsələn, nanə, darçın, vanil sinirlər üçün olduqca faydalıdır.
Sevdiyiniz ətrin ekstraktını 1 həftə çarpayının yanında saxlayın. Yuxudan duran kimi onu açıb iyləyin, daha sonra əyninizi geyinib üzünüzü yumağa gedin.

7. Pəncərələri açın
Hippokampus baş beyinin xatirələrə cavabdeh hissəsidir. Səslər, qoxular, gün işığı ona güclü təsir edir. Yuxudan duranda pəncərələri açıb yeni səsləri eşitməyə çalışın. Açıq pəncərə sizə yeni səsləri kəşf etməyə kömək edəcək.

8. Supermarketdə məhsulların yerini öyrənin
Mağazalarda ən gəlirli mallar göz önündə yerləşdirilir, ona görə də bizə lazım olanları almaqda çətinlik çəkirik. Mağazada dayanıb rəflərdəki malları yuxarıdan-aşağıya baxıb təcrübə qazanın. Beləliklə, siz əvvəllər tapa bilmədiyiniz məhsulları görəcəksiniz.

9. Gün ərzində insanlarla ünsiyyətdə olun
Elmi tədqiqatlar dəfələrlə sübut ediblər ki, ünsiyyət çatışmazlığı ümumi idrak qabiliyyətinə ciddi mənfi təsir edir. Ünsiyyətcil insanlar hətta yad insanlarla söhbət edir. Siz də tanımadığınız insanlara sual verməkdən çəkinməyin.

10. Səsli oxuyun
Kitab və ya hər hansı yazı oxuyanda onu ucadan, yaxud səsli oxuyacağımıza özümüz qərar veririk. Ucadan oxumaq yazını daha yaxşı dərk etməyə kömək edir, eyni zamanda da zehnin inkişafını müsbət istiqamətdə təsir edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024