Mobil versiya
“Ən seksual cihadçı” öldürüldü: 10 mindən çox qadın...
Tarix: 07-09-2016 | Saat: 13:54
Bölmə:Media | çapa göndər



Suriyada rejim qüvvələrinə qarşı vuruşan hollandiyalı İsrafil Yılmaz Rakka şəhərində öldürülüb.

Bu haqda “Daily Mail” nəşri bildirib.

İsrafil Yılmaz sosial şəbəkələrdə “ən seksual cihadçı” kimi məşhur idi. O, “Tumblr” sosial şəbəkəsində aktiv idi və qadınlardan evlənmək üçün 10 mindən çox təklif almışdı. Onun görünüşü qadınları cəlb edirdi.

Nəşr yazır ki, Yılmaz Türkiyədə doğulub. O, sonradan Hollandiya vətəndaşlığını alıb. Yılmaz Hollandiya ordusunun sıralarda xidmət edirdi. 2013-cü ildə ordunu tərk edən Yılmaz Bəşər Əsədin ordusuna qarşı vuruşan radikal Suriya müxalifətinə qoşulub.

2015-ci ildə holland telekanalı NOS döyüşçüdən müsahibə almağı bacarıb. O, bildirmişdi ki, terror aktlarının həyata keçirlməsi üçün Avropaya qayıtmağa hazırlaşmır. Cihadçı Yaxın Şərqdə tapılmayan “Doctor Pepper” içkisi və anası üçün darıxdığını bildirmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024