Mobil versiya
Bədən susuz qalarsa, nə baş verər? - İNANILMAZ FAKTLAR
Tarix: 23-08-2016 | Saat: 09:50
Bölmə:Media | çapa göndər



Bədəni niyə susuz qoymaq olmaz? Bu zaman nə baş verə bilər? Əslində, hər şey sadədir. Sağlamlıqla bağlı problemlərin əksəriyyəti insanların az su içməsi üzündən baş verir. İnsanlar sərinləmək üçün qəhvə, çay, şirə, şərab, pivə, kvas, qazlı içkilər, smuzi, kompotlar, bir sözlə sudan başqa nə gəldi içir. Halbuki, onların heç biri orqanizmin maye ehtiyacını ödəmir.

Bədənin susuz qalması nəticəsində yaranan fəsadlarlar

Su çatışmazlığı səbəbindən orqanizmdə mübadilə prosesləri pozulur, toksinlər atılmır və nəticədə dəri quruyur. Kəskin quruluq bədən hərarətinin artması və möhkəm tər, küləklə isti havanın birləşməsi və ishalla müşayiət olunan xəstəliklər üzündən baş verir. Lakin orqanizmdə su çatışmazlığı dərhal nəzərə çarpmır. Çünki insan bədəni bu vəziyyətə alışır. Amma qızmar yay günlərində su itkisi daha çox baş verir və bu zaman halsızlıq, yorğunluq, baş hərlənməsi və digər müalicə tələb olunan problemlər meydana gəlir.

Orqanizmin suya ehtiyacı olduğunu göstərən əlamətlər

Ağızda quruluq

Ağızda quruluq orqanizmin suya ehtiyacı olduğunu göstərən ən birinci və aşkar simptomdur. Bu zaman orqanizm artıq qurumağa başlayır. Təbii ki, ağızda quruluqla şirin şirələr, qazlı suyla və ya çay paketləri ilə mübarizə aparmağa dəyməz. Orqanizm məhz su istəyir!

Quru dəri

Orqanizmin daxilində baş verdiyini dəri güzgü kimi əks etdirir. Əgər siz həddən artıq dəri quruluğundan əziyyət çəkirsinizsə, onda bu hal çox güman ki, orqanizmdə suyun çatışmazlığı ilə bağlıdır.

Bərk susamaq

Nə qədər su içsəniz də, ondan doymursunuz? Təbrik edirik, sizin orqanizminiz quruyub. Və bu halı ağızda quruluq ilə müqayisə etmək olmaz. Sudan doymadığınız kifayət qədər ciddi xəbərdarlıqdır, bu zaman beyin orqanizmə fəal SOS siqnallar göndərməyə başlayır və sadəcə su tələb edir. Orqanizmi hər şeydən çox alkoqol qurudur, ona görə də bədən çoxlu su istəyir.

Gözlərdə quruluq

Əgər siz gözlərdə yüngül qaşınma, quruluq və hətta qızartı hiss edirsinizsə, onda təcili su için. Orqanizmdə su az olduqda göz yaşı kanalları quruyur. Bu da gözlərə böyük ziyan vura bilər. Kontakt linza taxan insanlar bu əlamətə xüsusilə diqqətlə yanaşmalıdır.

Sidik rənginin dəyişməsi və həcminin azalması

Hər bir insanın orqanizmi individualdır və normanı müəyyən etmək çətindir. Lakin sidik rənginin həddindən artıq tündləşməsi və azalması orqanizmin su çatışmazlığından əziyyət çəkdiyini göstərir.

Nəbzin və ürək döyüntüsünün çoxalması

Orqanizmdə su az olduqda qan dövranı zəifləyir, pozulur, nəticədə ürəyin yükü artır və insan orqanları kifayət qədər oksigen almırlar.

Oynaqlarda ağrılar

Bəzən yaşlı olmayan insanlar da oynaq ağrılarından şikayət edir. Bəzilərində o, qaçış və idmandan sonra yaranır. Əslində, bizim orqanizmimiz xırdalıqlarına qədər düşünülüb. Məsələ ondadır ki, qığırdaq disklərin 80%-i sudan ibarətdir. Bu da oynaqların xüsusilə intensiv yüklənmələri zamanı bir-birinə sürtülməməsinə nəzarət edir. Ona görə də xroniki su çatışmazlığı oynaqlarda ağrıya səbəb olur.

Əzələ kütləsinin azalması

Oynaqlar və qığırdaqlar kimi əzələlərin də yarısı sudan ibarətdir. Təbii ki, orqanizmdə su çatışmazlığı əzələ kütləsinin həcminin azalması ilə nəticələnir. Bütün məşqçilər və həkimlər belə qənaətə gəliblər ki, hətta məşq zamanı vaxtaşırı su içmək lazımdır.

Xroniki yorğunluq və süstlük

Əgər bədəndə su çatışmırsa, o, suyu daxildə axtarmağa başlayır. O cümlədən, qandan. Bu da orqanlarda oksigen çatışmazlığına səbəb olur. Bu hal da öz növbəmizdə yorğunluq və yuxu hissi doğurur. Əgər siz gün ərzində 8 saat möhkəm yatmağınıza baxmayaraq, özünüzü yorğun hiss edirsinzisə və qəhvə sizə təsir etmirsə, deməli, problem su azlığındadır.

Həzm problemi müşahidə olunur

Ağız boşluğunu seliklə nəmləndirmək lazımdır, amma bu, həzm sisteminin hamısına aiddir. Əgər nəm keyfiyyəti az olarsa, mədədə selik sıxlığı azalır, dolayısı ilə mədə turşusu daxili orqanlara ziyan vurur. Bu da adətən mədə xəstəliklərinə gətirib çıxarır. Orqanizmin su ehtiyatı yaşa dolduqca azalır. Odur ki, yaşa dolduqca suyun istehlakını şüurlu surətdə artırmaq lazımdır.

Ən nəhayət, vaxtından əvvəl qocalma əlamətləri də su ilə əlaqədardır. Belə ki, daxili orqanlarda su çatışmazlığı birbaşa dəriyə təsir edir və qocalma prosesini sürətləndirir. Bununla bağlı riskləri azaltmaq üçün bütün həyatınız boyu hər gün çoxlu su için.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə