Mobil versiya
Niyə Gözümüz Yumulu Öpüşürük? - CAVAB
Tarix: 25-07-2016 | Saat: 12:54
Bölmə:Media | çapa göndər



Bu Can Alıcı Sualın Cavabını Elm Verdi!

Facebookda şablon səhifələrində tez-tez rast gəlirik: "Sizinlə öpüşərkən gözünü açıq saxlayan birindən dərhal uzaqlaşın".

Bəs bu qədər əhəmiyyətlidi? Keçdiyimiz günlərdə nəşr olunan bir psixologiya jurnalı mövzuya aydınlıq gətirib. Buna görə toxunma hissimiz, zaman hissimiz ilə mütənasib olaraq işləyir. Yəni?Əgər beynimizə çox informasiya daxil olursa, (bir şeyləri görmək, eşitmək, dadmaq kimi) bunları etməsi də bir o qədər çətinləşir və bunları etmək üçün daha çox güc sərf edir. Hər hansı bir hiss problemi olan insanların digər hisslərinin daha güclü hala gəldiyini xatırlayın. Eyni məntiqdi. Yəni gözlərimizi bağladığımız anda, beynimizə daxil olan vizual axışını kəsmiş oluruq. Beləliklə, toxunma hissiyatımız artır və öpüşlər daha sıx və ehtiraslı hala gəlir.

Əlbəttə, bunu biz belə qəbul etdik. Çünki sözü gedən elmi işin öpüşlə doğrudan bir əlaqəsi yoxdur. Amma bu işin incəliklərinə bələd olduğumuz üçün, tam mənası ilə beynimizin içində nələr olub bitdiyini anlayırıq.

Bəs təcrübə necə aparılıb və nəticələri nə oldu?

İştirakçılar, müəyyən vizual testlərdən keçdi. Bir tərəfdən vizual bir sıra tapmacalar həll edirlər, digər tərəfdən isə əllərinə xırda titrəyişlər verilirdi.Tədqiqatçılar, vizual testlərin çətinlik səviyyəsi artdıqca, iştirakçıların titrəyişi daha az hiss etdiyini, titrəyişlərin şiddətinə qarşı hissiz qaldığını müşahidə etdi.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024