Mobil versiya
"Bakı turizm baxımından cəlbedici şəhərdir"
Tarix: 19-06-2016 | Saat: 14:00
Bölmə:Media | çapa göndər

"Bakı turizm baxımından cəlbedici şəhərdir"





Bakını çox bəyəndik, şəhərin arxitekturası xüsusilə gözəldir.
Bunu Aia.az-a Bakıya "Formula 1" yarışmasını izləməyə gəlmiş britaniyalı turist Viktoria Hills deyib.

O bildirib ki, Bakının dəniz kənarında yerləşməsi şəhərə xüsusi gözəllik verir:

"Formula 1" yarışması Bakının bu gözəlliyini dünyaya nümayiş etdirməyə imkan yaradacaq. Bakı turizm baxımından cəlbedici bir şəhərdir, insanda xoş təəssürat yaradır".

Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024