Mobil versiya
Qadınlar niyə orqazm təqlidi edir?
Tarix: 08-06-2016 | Saat: 16:05
Bölmə:Media | çapa göndər



Aparılan son araşdırmalardan biri qadınların 80%-nin orqazm təqlidi etdiyini ortaya qoyub. Bəs qadınların orqazmı təqlid etmələrinin səbəbi nədir? Aile.lent.az bununla bağlı bəzi məlumatları təqdim edir.

Araşdırmada iştirak edən 481 qadından niyə orqazmı təqlid etmələri soruşulub. Onların 80 faizi 4 səbəbi əsas gətirərək orqazm təqlidi etdiklərini etiraf ediblər.

Cavablar arasında ilk yeri həyat yoldaşlarının (tərəf müqabillərinin) özlərini pis hiss etmələrinə imkan vermək istəməmələri olub.

İkinci səbəb isə qorxu və inamsızlıq hissidir. Seksin müsbət bir hiss yaratmasını və həyat yoldaşlarının (tərəf müqabillərinin) özlərini yaxşı hiss etməsi üçün orqazm təqlidi etdiklərini bildiriblər. Bundan başqa, qadınların çoxu orqazm təqlidini həqiqətən orqazm olmaq ümidiylə etdiklərini də etiraf ediblər.

Verilən cavablardan sonuncusu isə bir az təəccüblüdür. Qadınların əksəriyyəti cinsi əlaqəni bitirmək istədikləri üçün orqazm təqlidi etdiklərini bildiriblər.

Psixoloqlar orqazm olmaq ümidiylə təqlid edən qadınlar haqqında maraqlı fakt açıqlayıblar. Depressiyadakı xəstələrin xoşbəxt olmaq üçün gülümsədiyini söyləyən mütəxəssislər “gülümsəmək xoşbəxtlik hormonunun ifraz olunmasına şərait yaradır və əvvəlcə saxta olan gülümsəmələr daha sonra həqiqətə çevrilir və adamın həqiqətən xoşbəxt olmasını təmin edir”, - deyə izah ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024