Mobil versiya
Behiştdə oruc tutanlara məxsus qapı var
Tarix: 19-05-2016 | Saat: 21:38
Bölmə:Media | çapa göndər

Behiştdə oruc tutanlara məxsus qapı var




Əgər İslam tarixinə nəzər salsaq, görərik ki, ikinci Hicri ilinə qədər müsəlmanlara oruc vacib buyurulmamışdır. Allah Təala kamil bir din olan İslam dinini cahil ərəblərə nazil edən zaman hökmlərini tədrici olaraq nazil etmişdir. Əvvəl tövhidi elan edərək, tövhid sütunlarını bərkitmiş, sonra küfrün kökünü kəsərək, bütləri aradan qaldırmış, ondan sonra əhkami hökmlərə keçmişdir. O cümlədən buyurmuşdur: "Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz". ("Bəqərə" 183).
aia.az deyerler.org-a istinadən bildirir ki, əvvəl gərək bütlərin kökü kəsiləydi ki, insanlar tövhidin çağırışına "Ləbbeyk!" deyə bilsinlər. Lakin bəzi İlahi vacibatlar, o cümlədən namaz İslam dininin ilk günlərindən vacib buyurulmuşdur. Ona görə də deyirlər ki, namaz - dinin sütunudur.
Lakin orucun hökmü tamamilə başqa cür olmuşdur. İmam Bariqin (ə) buyurduğu kimi, oruc İslam bönövrəsinin sütunlarından biridir. İmam (ə) buyurur: "İslam dini beş sütun üzərində inşa edilmişdir: namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucu, Beytul-haramın həcci, biz Əhli-Beytin (ə) vilayəti". (Tebyan)
Yuxarıdakı ayədən belə nəticəyə gəlmək olur ki, oruc ancaq müsəlmanlara məxsus olan bir ibadət deyildir, keçmiş ümmətlər də onu yerinə yetirmişdilər.
Həsən ibn Əli (ə) nəql edir: "Bir neçə yəhudi Peyğəmbərin (s) xidmətinə gəlmişdilər. Onların biliklisi Peyğəmbərə (s) suallar verirdi. Suallarından biri bu idi: "Allah Təala nə üçün 30 gün gündüz saatlarında oruc tutmağı sənin ümmətinə vacib etmişdir, başqa ümmətlərə bundan çoxunu vacib buyurmuşdur?". Həzrət (s) buyurur: "O zaman ki, Adəm (ə) o ağacın meyvəsindən yedi, 30 gün təsiri mədəsində qaldı. Ona görə də Allah 30 gün ac və susuz qalmağı onun nəslinə vacib etdi. Ona görə də Allah onu mənim ümmətimə vacib etdi". Sonra "Bəqərə" surəsinin 183-cü ayəsini tilavət etdi. Yəhudi dedi: "Ya Muhəmməd! Düz deyirsən. Bəs bu əyyamda oruc tutanın əcri nədir?". Buyurdu:" Elə bir mömin yoxdur ki, Ramazan ayını Allaha yaxınlaşmaq niyyətilə oruc tutar, məgər o halda ki, Allah Təala yeddi sifəti ona vacib edər: ilk olaraq, bədənində olan haramı əridər, ikincisi - onu Allah Təalanın rəhmətinə yaxın edər, üçüncüsü - bu əməli ilə Adəmin (ə) xatasının əvəzini verər, dördüncüsü budur ki, can verməyin təzyiqlərini onun üçün asan edər, beşincisi budur ki, Qiyamət günü onu aclıq və susuzluqdan amanda saxlayar, altıncısı budur ki, Allah ona cəhənnəm atəşindən azad olmağı əta edər, yeddincisi budur ki, Allah Təala ona behiştin pakizə yeməklərindən yedizdirər". Dedi: "Düz deyirsən"".
Həzrət Peyğəmbər (s) buyurur: "Behiştdə Rəyyan adlı bir darvaza vardır ki, oruc tutanlardan savayı heç kəs oradan daxil olmaz".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024