Mobil versiya
İdeal seks üçün 12 QIZIL QAYDA
Tarix: 19-05-2016 | Saat: 16:10
Bölmə:Media | çapa göndər




Sözsüz ki, hər kəs seks haqqında hər şeyi bilmir. Odur ki, cinsi həyatda yaranan problemlər cütlüklər arasında digər problemlərin də meydana gəlməsinə gətirib çıxarır. Gərginliyin yaranmaması üçün isə seks və cinsi həyat haqqında kifayət qədər məlumatlı olmaq vacibdir. Aile.lent.az ideal cinsi həyat üçün 12 qaydanı təqdim edir.

Danışın!

Cütlüklər söhbət edərək beyinlərində olan bütün qayğı və qorxuları, kədərləri, keçmiş kədərli hadisələri, onları narahat edən şeyləri və istəklərini qəti və dəqiq bir dillə izah etməlidirlər. Cinsi həyatdan gözləntiləri və ya fantaziyalarını tərəf müqabilləri ilə paylaşmaq cinsi problemlərinin həllində ilk addım ola bilər. Problemli cinsi həyat üçün ən yaxşı dərman yaxşı ünsiyyətdir. Ünsiyyətdə isə danışmaq, söhbətləşmək vacibdir. “Həmişə özünü düşünürsən, məndən üz çevirirsən, mənim cinsi həzz almam sənin üçün əhəmiyyətli deyil”, - demək yerinə, “ön sevişməni çox davam etdirək, yataqda birlikdə daha çox vaxt keçirə bilərik, beləcə, səni daha çox hiss edərəm”, - deyə bilərsiniz. Danışarkən düşüncələrinizi bu şəkildə ifadə etsəniz, tərəf müqabiliniz bu düşüncələrinizi deyinmək kimi qəbul etməyəcək. Üstəlik, özünü tənqid edilmiş kimi hiss etməyəcək və sizi narahat edən davranışlarını yenidən nəzərdən keçirəcək.


İdeal mühit!

Şirin söhbətlər, yumşaq yastıqlar, rahat musiqi cütlüklərin cinsi enerjisini artıracaq ideal bir mühitdir. Yemək yedikdən sonra sevişməyin. Sevişməzdən əvvəl soyuq içkilərdən, dondurmadan və ya buzdan uzaq olun. Çünki həzmsizlik və ya soyuq yeməklər cinsi enerjini azaldır. Eləcə də, yorğun, ac və əsəbi vaxtlarınızda da cinsi əlaqədən qaçın. Bu da cinsi enerjinizi nizamsız edə bilər. Sevişməzdən yarım saat əvvəl tualet ehtiyaclarınızı ödəyin. Dolu sidik torbasıyla cinsi əlaqəyə girmək xoşagəlməzdir. Həddindən artıq soyuq və ya həddindən artıq isti havada sevişmək elektromaqnit sahədə tarazlığa gətirib çıxara bilər. Sevişməzdən əvvəl və sonra çox gərgin fəaliyyətdən uzaq olun. Əzələlər boşaldığı üçün enerjini toplamaq çətinləşər.


Toxunun!


Cütlüklər üçün cinsi həyatın qorxulu tərəfləri də var. Kişilərin bacarmamaq, təmin edə bilməmə, tez boşalma, qadınların isə çirklənmə, zərərlənmək, alçalmaq və s. kimi qorxuları var. Cinsi həyat sevgi və şəfqət dolu toxunuşlarla kombinə edildikdə qorxuducu olmur. Bu səbəbdən də cinsi xoşbəxtliyin sirri cütlüklərin bir-birini çox yaxşı tanımalarından keçir. Tərəf müqabilinin bədənini yaxşı tanımaq üçün saçlardan tutmuş göz qapaqları, dodaqlar, üz, sinə, əllər, omba, qıçlardan ayaq barmaqlarına qədər həzz alaraq sevgiylə toxunmaq şərtdir. Beləcə, tərəf müqabilinizin sirrini toxunduqca kəşf edəcək, qarşınıza çıxacaq yeni duyğular xoşunuza gələcək və hər ikiniz olduqca həyəcanlı, zövqlü anlar yaşayacaqsınız.


Ön sevişmə əhəmiyyətlidir!

Daha uzun, həssas və ləzzətli bir cinsəllik yaşamaq, kişilərdə boşalmanı nəzarət altına almaq, qadınlarda isə daha asan orqazma çatmaq üçün ön sevişmə son dərəcə vacibdir. Ön sevişmə cinsəllikdən alınan həzzin artırılması və cinsi uyğunsuzluğun daha az baş verməsi üçün də lazımlıdır. Bu səbəbdən də ön sevişməyə kifayət qədər vaxt ayıran cütlüklər sağlam və xoşbəxt bir cinsi həyata sahib olurlar.


Eşq oyunları oynayın!

Tərəf müqabilinizlə cinsi münasibətlərinizin əvvəlki kimi arzulu, həyəcanlı və zövqlü olmadığını düşünürsünüz? Aranızda heç bir problem olmasa da, artıq birlikdə daha az vaxt keçirirsiniz? Hətta zamanla bir-birinizdən uzaqlaşırsınız? Cavablarınız "bəli"dirsə, bu məqamlara diqqət edin. Əlaqənizin ilk zamanlarında hiss etdiyiniz arzunu, həyəcanı, romantizmi və saflığı yenidən yaşamaq istərdiniz yəqin ki. Budur, sevginizi alovlandırmaq üçün ipucu: eşq oyunları. Eşq oyunları tərəf müqabilinizlə birlikdə etdiyiniz uşaqlıq, dəlilik və təhrikedici şeyləri əhatə edir. Eşq oyunlarının ən əhəmiyyətli parçası olan cinsi yaradıcılıq isə daha əvvəldən planlaşdırılması lazım olan və altproqramı olmayan cinsi şıltaqlıqdır. Cinsi fantaziyaları paylaşın, bir-birinizin ağlını yenidən başdan almaq üçün görüş yeri təyin edin, ona sevgi və şəhvət dolu kiçik qeydlər qoyun, fərqli məkanlarda sevişin, erotik mesajlar yollayın, şam işığında bir şeylər içib rəqs edin, kiçik hədiyyələr alıb onu əyləndirin, birlikdə günəşin batışını və ya doğuşunu izləyin. Bunlar sizi tərəf müqabilinizlə bir-birinizə daha da yaxınlaşdıracaq romantik addımlardır. Romantikanı artırmaq üçün isə onunla necə tanış olduğunuzu yada salın, ona necə aşiq olduğunuzu izah edən bir hekayə yazın, bir sözlə, onu daima sevdiyinizi hərəkətlərinizlə və sözlərinizlə göstərin. Cinsi həyatınızda cəsur olun, xəyal belə edə bilməyəcəyiniz qədər usta bir aktyor olmağa çalışın, zəngin bir cinsi eşq oyunları repertuarı yaradın.


Özünüzlə barışın!

Özünü tanımayan və özü ilə əlaqədar mənfi düşüncələrə sahib olan cütlüklər cinsi həyatlarında rahat olmurlar. Məsələn, cinsi istəksizliyin arxasında ağır bir patologiya dayanır. Cinsi istəyin olmaması böyük bir ehtimalla cinsi fantaziyaların, cinsi arzuların fərqinə varmamaqdır. Bu arzuların, fantaziyaların arxasında günahkarlıq və ya utancaqlıq dayanır. Bu isə sağlam və xoşbəxt bir cinsi həyata mane olur. Cütlüklərin həm özlərinin, həm də bir-birlərinin cinsi orqanlarını tanımaması da ideal cinsi həyatın qarşısını alır.


Güvənin!

Uşaqlıqda və yetkinlik dövründə güvən duyğusunda zədələnmə olanlara əvvəlcə güvən duyğusunu yenidən qazandırmaq lazımdır. Özünü etibarlı əllərdə hiss etməyən və ya qarşısındakına güvənməyən insanların sağlam və xoşbəxt bir cinsi həyat yaşamaları mümkün deyil.


Tərəf müqabilinizə hörmət edin!

Tərəf müqabilinə qarşı sevgi və hörmətli davranmayan cütlüklərin sağlam və xoşbəxt cinsi həyatları olmaz. Çünki sevgi və hörmət cütlüklərin cinsi yaxınlaşmasını artırır. Bir-birinə toxunmaq, oxşamaq, sevmək, masaj etmək cütlüklərin bir-birilərinə sevgilərini fiziki olaraq nümayiş etdirməlidirlər. Gün ərzində çiçək vermək, hal-əhval tutmaq sevgini ifadə etməyin yollarından biridir. Bunun sayəsində cütlüklər sevgiylə seksi bir yerdə tutarlar və seks zamanı sevgini də hiss edərlər.


Rahat olun!

Cinsəllikdən həzz almaq üçün seksdən əvvəl bütün hirsinizi, kin, əsəbinizi unudun, sakitləşin və rahatlanın.


Utanmayın!

Utanc duyğusundan xilas olmaq üçün cinsi sözlər, ifadələr, yüngül söyüşlər və dəlicəsinə, hətta ayıb hərəkətlər edə bilərsiniz. Cinsi təcrübəsi az olan, utancaq, çəkingən cütlüklər üçün bu texnikalar çox müvəffəqiyyətli ola bilər. Bunun sayəsində cütlüklər cinsi mövzularda utancaqlıq kimi biabırçılıqdan xilas olarlar.


Diqqətinizi cəmləyin!

Cinsəllik mexaniki və texniki hadisə olmadığı üçün cinsi əlaqə əsnasında diqqətinizin hamısını tərəf müqabilinizə və cinsi hərəkətlərinizə istiqamətləndirmək çox əhəmiyyətlidir. Cinsi əlaqə əsnasında ağlımızın başqa yerdə olması beynimizlə bədənimizin uyğun olmayan bir vəziyyətidir. Şəhvətə diqqət yönəldin, bu zaman həzz ala və verə bilərsiniz. Boşalma yalnız beyinlə əlaqədar bir məsələdir. Əgər beyninizdə boşalmağa qərar verməsəniz, bədəniniz hər hansı bir narahatlıq duymadan sevişməni boşalmadan və tamamilə təmin olmuş bir şəkildə bitirəcək.


Sağlam qidalanın!

Qidalanma vərdişi həm sağlamlığımız, həm də cinsi həyatımız üçün son dərəcə əhəmiyyətlidir. Bu səbəbdən də xoşbəxt cinsi həyat üçün mütləq sağlam və cinsi istəyi artıran qidalarla qidalanmaq lazımdır. Bundan başqa, qidalanma qədər düzgün və elastik bir fiziki quruluşa sahib olmaq da ümumi mənada sağlamlıq və cinsi həyatımız üçün son dərəcə əhəmiyyətlidir. Çünki bədənimizlə sinir sistemimiz, ifrazat vəziləri və daxili orqanlarımız arasında güclü bir əlaqə var. Spirtli içki, siqaret və kafeinli içkilər cinsi həyata çox mənfi təsir edir. Bu maddələrin qəbulunu azaldın, hətta qəbul etməyin.


Yuxarıdakı təkliflərin bir hissəsini tətbiq etməyinizə baxmayaraq, problemləriniz davam edirsə və xoşbəxt cinsi həyat istəyirsinizsə cinsi terapevtə müraciət edin. Yataq otağı xaricində də xoş, nəzakətli, mehriban olun, cinsi müalicə müddətində fikir mübadiləsi aparın. Çünki mövcud problemi həll etməyə çalışmasanız, sonra daha da çox gecikmiş ola bilərsiniz.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024