Mobil versiya
Tanış olduğu qızlarla evə getdi — Başına gəlməyən qalmadı
Tarix: 18-05-2016 | Saat: 11:02
Bölmə:Media | çapa göndər


Qazaxıstanın Aktobe şəhərində kuryoz hadisə baş verib.

Fırıldaqçı qızlar əyləncə mərkəzində tanış olduqları oğlanları pelemeni bişirməyə məcbur ediblər.

Hadisə qurbanlardan olan Ruslan adlı oğlan baş verən tragikomik hadisəni şərh edərkən bildirib ki, qızlarla gecə klubunda tanış olublar. Qızlardan biri valideynlərinin evdə olmadığını və evlərinin boş olduğunu deyib. Bundan sonra Ruslan dostu ilə birlikdə qızın evinə gedib. Lakin evdə onları üç oğlan qarşılayıb. Onlar “qurbanlar”a qızlara sataşdıqları üçün cəza verəcəklərini deyiblər.

Qurbanlar hər biri 400 qutu pelemeni bişirməli olub. 3 gün ərzində verilən işi başa çatdıran oğlanlar daha sonra sərbəst buraxılıblar. Ruslan həmin qızları daha sonra yenidən gecə klublarından birinin önündə görüb. Qızlardan biri onu tanıyıb və əl edib. Ruslan qıza yaxınlaşdıqda qız sexin işləməsində heç bir problem olmadığını bildirib.

Qızın dediyinə görə, indiyə kimi yalnız bir dəfə hadisələr onların istədiyi kimi cərəyan etməyib. Belə ki qızların “əsir”aldığı oğlanlardan biri qara kəmər sahibi karateçi olub. O evdəki oğlanları döydükdən sonra pelemeni qablaşdırmalarından da bir neçəsini götürərək evi tərk edib. Ruslan polisə müraciət etməməsinin səbəbi kimi, bu hadisəni danışmaqdan utanc keçirdiyini bildirib. Ruslan mağazada həmin pelemenilərdən gördükdə , qızların toruna düşən “əsirlər”in hələ də olduğunu başa düşüb.

Ruslan həmin alçaldıcı hadisəni unutmaq üçün paytaxta köçüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024