Mobil versiya
Sabahın hava proqnozu
Tarix: 06-05-2016 | Saat: 21:25
Bölmə:Media | çapa göndər

Sabahın hava proqnozu







Mayın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 19-24° təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 5-10° isti, gündüz 19-24° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3-8° isti, gündüz 12-18° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 10-14° isti, gündüz 19-24° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 8-13° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 10-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024