Mobil versiya
Bakı metrosunda "iki təkər" olar, amma bir ŞƏRTLƏ
Tarix: 25-04-2016 | Saat: 23:03
Bölmə:Media / Seçilənlər-4 | çapa göndər


Son iki ildə Azərbaycanda, xüsusilə də Bakıda velosipedə maraq həddən ziyadə artıb. Küçələrdə velosiped sürənlər artıq nonsens kimi qəbul olunmur. Ekoloji nəqliyyat növü olan velosiped həm də vücudu inkişaf etdirən, sağlamlığa dəstək olan vasitədir. Lakin Bakıda velosipedçilər bir sıra problemlərlə qarşılaşırlar.

Onların arasında yollarda velosipedçilər üçün xüsusi zolaqların olmaması, şəhərdə velosiped dayanacaqlarının yoxluğu ilə yanaşı, Bakı metropoliteninin velosipedçilər üçün "yasaq ərazi"yə dönməsidir.

Bakı metrosunda velosipedi daşımaq olarmı? Olarsa, hansı şərtlərlə?

Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxladıq. Nəsimi Paşayev sorğumuza cavab olaraq, metroda velosipedlərin olmasına etiraz etmədi, ancaq elektriksiz nəqliyyat vasitəsinin xüsusi üsul ilə daşınmalı olduğunu vurğuladı.

"Bakı metropoliteni velosipedlərin yerin altında daşınmasına heç vaxt etiraz etməyib. Ancaq sərnişinləri nəzərə alaraq bunun üçün bir neçə qayda yaradılıb.

İlk növbədə velosipedlər qatlanan şəkildə olmalıdır. Onlar yığıldıqdan sonra, bu nəqliyyat vasitələrinin xüsusi çexolları (çanta) olur, onları ora yerləşdirməlidirlər.

Velosipedi çexoluna yerləşdirdikdən sonra onları tam rahat şəkildə metropoliten ilə istədiyiniz yerə daşıya bilərsiniz.

Biz bunu nəyə görə edirik: ilk növbədə sərnişinlərin tam rahatlığı və təhlükəsizliyi üçün. Siz təsəvvür edin ki, velosiped açıq şəkildə metroya enərsə, o, nə qədər narahatlıq yaradar: turniketdən keçdikdə, eskalatordan düşərkən, qatarın içində olarkən. Onun təkərinin çirkli olması, yağışlı havada isə palçıq belə ola bilər.

Bu cür problemləri nəzərə aldığımız üçün sərnişinlər velosipedlərini ancaq xüsusi çexol vasitəsi ilə daşıya bilərlər".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024