Mobil versiya
Sumqayıtın mədəniyyət müəssisələrində qəhrəmanlıq mövzusunda silsilə tədbirlər keçirilib
Tarix: 17-04-2016 | Saat: 14:46
Bölmə:Media | çapa göndər













Sumqayıt şəhərinin mədəniyyət müəssisələrində qəhrəmanlıq və vətənpərvərlik ruhunun aşılanması məqsədi ilə silsilə tədbirlər keçirilib.
Nizami Gəncəvi adına kitabxana klubda "Qəhrəmanlar həmişə yaşayır” adlı xatirə günü keçirilib. 34 saylı məktəbin şagirdlərinin və kitabxananın daimi oxucularının da qatıldığı tədbirdə kitabxananın müdirəsi Zərnigar Babayeva qəhrəmanlarımız, onların keçdiyi döyüş yolu və kitabxanada vətənpərvərlik və qəhrəmanlıq mövzusunu əks etdirən ədəbiyyatların sərgisi haqqında məlumat verib. Oxucular SəbinəAğayeva, Aydan İbrahimova və Fatimə İsmayılovanın ifasında vətən haqqında şeirlər maraqla dinlənilib.
Tədbir Dövlət himninin ifası ilə yekunlaşıb.
S.Vurğun adına Mərkəzi kitabxanın uşaq şöbəsində vətənpərvərliyin təbliği, qəhrəmanlarımızın tanıtımı mövzusunda tədbir keçirilib. Tədbirdə AYB Sumqayıt bölməsinin sədri Sabir Sarvan çıxış edərək uşaqlarda vətənpərvərlik ruhunun aşılanması, qəhrəmanlarımızın göstərdiyi şücaətlərdən danışıb. Sonda uşaqlar şəhidlərə həsr olunmuş şeirlər söyləyib, Azərbaycan əsgər marşını ifa ediblər.
Bundan başqa, uşaq şöbəsinin əməkdaşları 45 saylı uşaq bağçasında vətənpərvərliyin təbliği ilə əlaqədar "Şeyx Şamil və anası" kitabı üzrə ucadan oxu keçirib.
M.Ə.Rəsulzadə adına 2 saylı kitabxana filialda "Poeziyada Vətən anlayışı” mövzusunda gənc yazarlarla oxucuların görüşü keçirilib. Tədbirdə istedadlı gənc şairlər –Dünya Gənc Türk Yazarlar Birliyinin idarə heyətinin, AYB-nin üzvü İntiqam Yaşar, şairə Aygün Yaşar, Sumqayıt Dövlət Universitetinin, Bakı Dövlət universitetinin tələbələri və 14 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər. Tədbirdəçıxış edən iştirakçılar Azərbaycan gənclərinin qəhrəmanlıq nümunələrindən danışaraq, gənclərimizdə vətən eşqi və döyüş əhval ruhiyyəsinin yüksək olmasının tədqirəlayiq hal olduğunu bildiriblər.
Sonda Vətənpərvərliyə həsr olunmuş şeirlər və gitarada Murad Haqverdiyevin ifasında hərbi vətənpərvərlik mahnıları dinıənilib.
C.Cabbarlı adına mədəniyyət evində də cəbhədə son günlər keçirilən əməliyyatlar, qəhrəmanlıq və vətənpərvərlik ruhunun təbliği ilə bağlı tədbir keçirilib. Tədbirdə şair Əşrəf Veysəlli, Qarabağ müharibəsi veteranı Fəxrəddin Behbudov, Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin əməkdaşı Arif Vəliyev, C.Cabbarlı adına mədəniyyət evinin direktoru Aygün Qəhrəmanova çıxış edərək əsgərlərimizin döyüş əzmini, şücaətini və göstərdikləri fədakarlıqları yuksək qiymətləndirib, düşmənə bundan sonra da layiqli cavab veriləcəyinə əmin olduqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024