Mobil versiya
Alimlər işığın hərəkətini videoya çəkdilər - VİDEO
Tarix: 01-04-2016 | Saat: 11:50
Bölmə:Media / Aia TV / Karusel | çapa göndər


ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda (MİT) saniyədə 1 trilyon kadr çəkə bilən kamera yaradılıb. İKT.lent.az-ın “nat-geo.ru” saytına istinadən verdiyi xəbərə görə, bu, saniyədə 24 kadr çəkən adi kinokameradan 42 milyon dəfə sürətlidir.

Yeni kameranın köməyi ilə alimlər Yer üzündə ən yüksək sürətə malik hərəkəti – işıq sürətini lentə ala biliblər. Videoda fotonların 966 milyon km/saat sürətlə hərəkətinin eksperimental çəkilişi göstərilib. Real vaxtda bu, nanosaniyə (saniyənin milyardda biri qədər) davam edib. Müqayisə üçün deyək ki, nanosaniyənin saniyəyə nisbəti saniyənin 31,7 ilə nisbəti qədərdir. İnsan gözü obyektin bu sürətlə hərəkətini görə bilməz, ona görə də kamera çəkilişin sürətini 20 saniyəyə qədər azaldıb. “Əgər bu üsulla güllənin uçuşu lentə alınsaydı, alınan video 3 il davam edərdi”, - deyə “New York Times”dan Con Markoff söyləyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024