Mobil versiya
Gənc azərbaycanlı Texas ştatının fəxri vətəndaşı oldu - VİDEO
Tarix: 19-06-2015 | Saat: 11:13
Bölmə:Media / Seçilənlər-3 / Manşet / Karusel | çapa göndər


Vokalçı Amerika Musiqi Akademiyasına daxil olub.

Azərbaycanlı gənc vokalçı Emin Eminzadə dünyaca məşhur olan musiqi akademiyasına daxil olub. Bu yerdə təhsil alan ilk azərbaycanlı kimi də tarixə düşən Eminzadə Azərbaycan mədəniyyətini dünya arenasında layiqincə təbliğ etmək üçün daim öz üzərində işləyir.

Aia.az ANS TV-yə istinadən xəbər verir ki, bir sıra beynəlxalq müsabiqələrin laureatı, 18 yaşlı bu istedadlı gənc bir il ABŞ Dövlət Departamentinin xətti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə Texas ştatında musiqi təhsili alıb.

Təhsil aldığı müddətdə isə Emin imtahanları uğurla keçərək Amerika Musiqili və Dramatik Akademiyasına daxil olub.

Qeyd edək ki, Emin dünyaca məşhur olan musiqi akademiyasına daxil olan ilk azərbaycanlı kimi də tarixə düşüb.

“Dəfələrlə Amerikanın müxtəlif ştatlarında, o cümlədən də Texasda təşkil olunan arenalarda çıxış etmişəm. Çıxışımla böyük tamaşaçı kütləsi qazanmışam”, – deyə gənc vokalçı Emin Eminzadə bildirib.

Emin deyir ki, Amerikada yaşadığı dövrdə Texas ştatında dəfələrlə Azərbaycan mədəniyyəti və incəsənətini təbliğ edən prezentasiyalar təşkil edib və Azərbaycan mədəniyyətilə amerikalıları yaxından tanış edib.

Bu fəallığına görə Emin Eminzadəyə Texas rəhbərliyi tərəfindən ştatın fəxri vətəndaşı statusu da verilib. Emin dünya arenasında Azərbaycan mədəniyyətini layiqincə təbliğ etmək üçün daim öz üzərində işlədiyini və musiqi biliklərini artırdığını deyir:

“İngilis dilini təkmilləşdirdim, eləcə də İspan və İtaliyan dillərini öyrənməyə başladım. Gələcəkdə İtaliya və Niderland Krallığında konsert verəcəyim gözlənilir. İstərdim ki, Bakıda da konsert verim. Planda hələ ki, bu yoxdur. Amma bunun üzərində çalışıram”.

Xatırladaq ki, Emin Eminzadə bu günə qədər İtaliya, İspaniya, Qazaxıstan və Hollandiyada keçirilən beynəlxalq musiqi müsabiqələrinin laureatı adına layiq görülüb.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024