Mobil versiya
O, belə milyarder oldu? - İNANILMAZ FAKTLAR
Tarix: 10-03-2016 | Saat: 13:17
Bölmə:Media / Aia TV / Karusel | çapa göndər



Pula qənaət etmək üçün "second-hand" mağazalarından, bazarlardan geyim almağa üstünlük verirəm.

Aia.az moderator.az-a istinadən bildirir ki, bunu adı dünyanın ən varlı insanlarının siyahısına daxil edilən İKEA korporasiyasının sahibi, biznesmen İnqvar Kamprad bəyan edib.

"Mənim yeni aldığım əşyalarım olduğunu düşünmürəm, hər şeyi bazardan alıram. Mən bununla müsbət nümunə olmaq istəyirəm", - Kamprad bildirib.

Bu milyarderin qənaətcillik barədə ilk bəyanatı deyil. Belə ki, 2008-ci ildə isveç nəşrinə verdiyi müsahibəsində o, Amsterdamda bərbərin saç kəsimi üçün ondan 22 avro istədiyini bildirib.

Milyarder həmin hadisədən sonra yalnız inkişafda olan ölkələrə səfərlər zamanı saçını kəsdirdiyini bildirib.

Qeyd edək ki, İKEA - Niderlandın istehsalat-ticarət şirkətidir (baş ofisi Cənubi Hollandiyada Delft şəhərindədir). Təsisçisi isveç sahibkarı İnqvar Kampraddır.

O, öz işinə 1943-cü ildə başlayıb, 1948-ci ildə artıq İsveçdə ilk mağazasını açıb. Korporasiyanın adı onun şəxsi İnqvar Kamprad (İK), Elmtarys (E)- ailə fermasının və oxuduğu Agunnaryd (A) kəndin adının baş hərflərindəndir.

Hazırda Kamprad dünyanın ən varlı insanlarından biridir. 2010-cu ildə onun sərvəti 23 milyard dollardan ibarət idi, bu isə ona "Forbes" reytinqində 11-ci yeri təmin edirdi.

O, həmçinin dünyanın ən zəngin xeyriyyə təşkilatı olan Stichting İNGKA Foundation Niderlandiya fondunun sədridir, onun aktivləri 36 milyard dollara çatır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024