Mobil versiya
Bağa atılmış paslı maşın milyonlara satılacaq - FOTO
Tarix: 10-03-2016 | Saat: 13:08
Bölmə:Media / Aia TV / Karusel | çapa göndər




Dünən Britaniyada keçirilmiş hərraclardan birində 3,8 litrlik mühərrikə malik, 1-ci seriyadan olan Jaguar E-Type 60 min funt-sterlinqə satılıb.
Bu avtomobili 1963-cü ildə "Sounj City" studiyasının sahibi, "The Beatles" qrupunun loqotipini yaratmış Ayvor Aybiter satın almışdı.
Aia.az Daily Mail-ə istinadən bildirir ki, maşın sonradan dəfələrlə satlmış və sonda 1967-ci ildə məşhur kolleksioner Frenk Riçis tərəfindən 855 funta alınmışdı.
Frank Riçis maşını Surrey qraflığındakı Bisli şəhərindəki malikanəsinin bağına atmışdı və avtomobil ötən ilin sonlarınadək orada qalmışdı.
Ötən ilin sonunda maşını 62 min funt-sterlinqə almışdılar.
Ekspertlərin dünyanın ən gözəl avtomobili hesab etdiyi bu maşın hazırda ən nadir avtomobillərdən biri sayılır.
Maşını AUCTIONEERS COYS hərracında almış şəxsin dediyinə görə, onun rekonstruksiyasına 100 min funt sərf edəcək. Maşın tam, orijinal təmirdən çıxandan sonra isə onun qiyməti ən azı 14 milyon dollar olacaq.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024