Mobil versiya
WhatsApp-da olacaq YENİLİKLƏR
Tarix: 26-02-2016 | Saat: 10:52
Bölmə:Media / Aia TV / Karusel | çapa göndər




İstifadəçi sayını günü-gündən sürətlə artıran ani mesajlaşma sistemi olan "WhatsApp" yeniliklər etməkdə davam edir.

Aia.az musavat.com-a istinadən bildirir ki, istifadəçilərinin hər cür rahatlığını təmin edərək onları təəccübləndirməkdə davam edən şirkət yeni xidmətlər planı hazırlayır. Zəng, internet üzərindən söhbət xidmətlərini təkmilləşdirən "WhatsApp" öz yeni hədəflərini artıq müəyyənləşdirib. Şirkət əsasən iOS və "iPhone" üçün bir neçə xüsusi sistem hazırlayır. Hazırlanan yeni xidmətlər sırasına video söhbət, təkmilləşdirilmiş 3D Touch (İOS), foto tənzimləmə və s. daxildir. Bundan başqa bu il dizayn dəyişikliyi də nəzərdə tutulub.

"WhatsApp" smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir.

Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. 2009-cu ildə Cen Koum və Brayan Akton tərəfindən əsası qoyulub. "WhatsApp" mesajlaşma xidmətinə sahib olan "Facebook" şirkətindən verilən məlumata görə, mesajlaşma xidmətindən istifadə edənlərin sayı 1 milyarda çatıb. Bu isə "Facebook Messenger"dən də çox istifadəçi deməkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024