Mobil versiya
“Bakirə gənc qız saçı” müəmması – FOTOLAR
Tarix: 20-02-2016 | Saat: 22:20
Bölmə:Media / Aia TV / Karusel | çapa göndər


“Erosun eşq oxları” və ya “Tanrının gözü”

Qədim Yunanıstanda o, eşq ilahəsinin simvolu idi. Qədim Roma və Misirdə isə onun tanrının müqəddəs daşı olduğuna inanırdılar. Qədim mədəniyyətlərdə kimi ona “Venera saçlı daş” deyirdi, kimi də onu “Bakirə gənc qız saçı” və ya “Erosun eşq oxları” adlandırırdı.

Misirdə isə onu “Tanrının gözü” hesab edirdilər. Söhbət qədim dövrlərdən bəri insanların geniş şəkildə istifadə etdikləri rutil daşından gedir. Deyilənə görə, qədim dövrdə iranlılar yunanlarla müharibədə özünü qorumaq üçün üzərində məhz rutil daşı gəzdirib. Tarix boyu kralların, şahların sevimli daşı olan rutili Osmanlı imperatorları da daim yanında gəzdirib.

Bu möcüzəvi daş haqqında Aia.az-ın “Mücrü” layihəsində olduqca maraqlı məlumatlar əldə edəcəksiniz.

İynəli daş…

Rutil, əslində kvarsın bir növüdür. Rəngi, əsasən, qırmızımtıl qəhvəyi, sarımtıl qırmızı, qara və şəffaf olur. Onu digər kvars növlərindən fərqləndirən əsas xüsusiyyət daşa xüsusi gözəllik bəxş edən içindəki iynəyə oxşar tellərdir.

Bu tellərin rəngi daş formalaşarkən məruz qalınan kimyəvi maddələrdən asılı olaraq dəyişir. Bəzi daşlarda həmin tellərin rəngi sarı, bəzilərində isə qara olur.

Çox füsunkar görünməsinə baxmayaraq, demək olar ki, dünyanın hər yerində tapıldığı üçün yarıqiymətli daş hesab edilir. Əsasən, volkan mənşəli qayalarda tapılır. Braziliya, Madaqaskar adası və Afrikanın bəzi bölgələri rutil daşı ilə ən zəngin bölgələr hesab edilir.

Baş ağrısından sonsuzluğa kimi… - hər dərdin dərmanı

Rutil daşının enerjisi çox yüksəkdir. Onun bir çox faydalı xüsusiyyətləri var.
*Zəkanı qüvvətləndirir.
*Yaşlanma prosesini ləngidir. Hətta rutil kvarsla dərini masaj etmək qırışların və sallanmanın qarşısını alır.
*Bu daş xroniki baş ağrılarını aradan qaldırır. Ovucun içində 10-15 dəqiqə saxlasanız, ağrılardan xilas olacaqsınız.
*İnsana dinclik verir. Daha azad və enerjili hiss etməyə səbəb olur.
*Günün stresindən qorunmaq və özünüzü yorğun hiss etməmək üçün cibinizdə rutil daşı gəzdirə bilərsiniz.
*Qocalara və uşaqlara da yaxşı təsir edir.
*Yaddaşı gücləndirir. Alzaymer xəstələrinə və müxtəlif vitamin çatışmazlığından əziyyət çəkənlərə tövsiyə olunur.
* Göz xəstəlikləri zamanı faydalıdır.
*Hamilələrin rutil daşından istifadə etməsi məsləhətdir.
*Klimaks zamanı qadınların əsəblərini sakitləşdirir.
*Yuxuya getməyi asanlaşdırır.
*Hüceyrələrin yenilənməsi prosesini sürətləndirir.
*Həyat eşqi verir, cinsi gücü artırır.
*Depressiyaya qarşı effektlidir.
*Bədəni mənfi enerjilərdən qoruyur.
*Bəzi mənbələrə görə, sonsuzluq zamanı bu daşdan istifadə etmək fayda verir.
*Rutil həm də tənəffüs yolları xəstəlikləri zamanı faydalıdır.
*Zob xəstələri üçün də tapılmaz nemətdir. Belələri bu daşdan hazırlanmış boyunbağı taxmalı və ya gündə 10 dəqiqə onunla boyna masaj etməlidirlər.
*Bütün kvars növləri kimi, rutil daşı da televizor, kompüter və mobil telefon kimi cihazlardan yayılan radiasiyanı udur. Beləliklə, insanın radiasiyaya məruz qalmasının qarşısını alır.
*Önəmli faydalarından biri də bədəndə toplanan elektrikin atılmasına kömək etməsidir.

Rutil daşı düzgün təmizlənmədikdə…
Bu daşı ilk dəfə istifadə etməyə başlayanda bədəndə istilik hiss edilir, bəzi nahiyələrə sanki iynə sancılır. Rutil daşından yayılan enerji ən çox qarın, ürək və alında hiss olunur. Rutil daşını vaxtı-vaxtında təmizləmədikdə, orqanizmə mənfi təsir edə, baş ağrısı və qusma verə bilər. Ona görə də, ayda bir dəfə daşı torpağa basdırmaq və bir gecə saxlamaq lazımdır. Ancaq daş zinət əşyasının üzərindədirsə, onda yanına ametist qoyub 24 saat qaranlıq yerdə saxlayın. Təmizlənmiş rutil daşına sizdən başqa heç kimin toxunmasına icazə verməyin.

Hansı bürcələrə uğur gətirir?
Rutil daşı Qoç, Buğa, Xərçəng, Dolça və Balıqlar bürcü ilə harmoniyadadır. Həmin bürc altında dünyaya gələnlərə daha tez təsir edir.
“Bakirə gənc qız saçı” müəmması – FOTOLAR













Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024