Mobil versiya
Ev telefonunun nömrəsini dəyişməyin – ƏN ASAN YOLU
Tarix: 07-01-2016 | Saat: 14:11
Bölmə:Media / Aia TV / Karusel | çapa göndər


Ödəniş aparılmasa, nömrə dəyişmə şifri ləğv olunacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) elektron xidməti üzərindən abunəçilər şəhər telefon nömrəsini asanlıqla dəyişdirə bilər.
Aia.az ıctnews.az-a istinadən xəbər verir ki, bunun üçün "Elektron hökumət" portalına (www.e-gov.az) daxil olmaq kifayət edir.

Belə ki, portalda qeydiyyatdan keçmiş, telefon nömrəsi öz adına olan abunəçilər RYTN-in "Telefon nömrəsinin dəyişdirilməsi" xidmətinə daxil olmaqla istəyini həyata keçirə bilər. Növbəti səhifədə portal istifadəçisinin adına olan şəhər telefon nömrəsi avtomatik olaraq açılacaq.

Aşağı hissədə isə boş olan telefon nömrələrinin siyahısı əks olunacaq. Xüsusi düymə vasitəsilə həmin siyahıdakı istənilən nömrəni seçmək mümkündür.

Qeyd edək ki, abunəçi özü nömrə seçimi etdiyi halda 50 AZN, seçmədiyi təqdirdə isə 20 AZN ödəməli olur. Bundan sonra "Davam et" düyməsini sıxmaq lazım gəlir.

Sifariş qəbul edildikdən sonra ödəniş məbləği, nömrə dəyişmə əməliyyatının hansı telefon qovşağı tərəfindən aparılacağı, ödəniş şifri və digər məlumatlar ekranda görünəcək. İstifadəçi "Online ödə" düyməsini klikləməklə internet vasitəsilə ödənişi apara bilər.

Ödəniş 24 saat ərzində aparılmasa, nömrə dəyişmə şifri ləğv olunacaq.

Xidmətin göstərilməsinə görə nəzərdə tutulan ödəniş həyata keçirildikdən sonra 3 iş günü ərzində telefon nömrəsi dəyişdiriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024