Mobil versiya
İstifadəçilər: Apple-ın yeni proqramı iPhone-da batareyanı məhv edir
Tarix: 03-07-2015 | Saat: 15:10
Bölmə:Media / Karusel | çapa göndər


Təkcə bu deyil.

iPhone sahibləri öz qurğularını iOS 8.4 versiyasına qədər yenilədikdən sonra onların müstəqil iş vaxtını təsvir etmək üçün parlaq epitetlərdən istifadə edirlər: “batareyanın məhv olması”, ondan “heç nəyin qalmadığını” deyirlər. Bəziləri bunu “Musiqi” əlavəsinin yenilənməsi ilə əlaqələndirirlər.

iOS 8.4 yenilənməsi iPhone-nun müstəqil iş müddətini qısaldıb. Oxu.Az xəbər verir ki, bu barədə istifadəçilərin Twitter-də şikayətlərini toplayan GottaBeMobile resursu bildirib.

“Kim isə Apple Music-in batareyanı yediyini görüb? Saat 9:15-də yenilənməni yüklədim, onda 100% idi, indi isə 38%-dir, cəmi saat yarım vaxt keçib”, - Cofri Fauler (Geoffrey Fowler) yazıb.

Digər iPhone istifadəçisi Dario Oropeza (Dario Oropeza) bir saat ərzində batareya göstəricisinin 21% düşdüyünü yazıb. “iOS 8.4 ilə müstəqil işləmə vaxtı qısalıb!” - R4z3r bildirib.

“Aha, iOS 8.4 batareyanı məhv etdi. Göstərici 1 saat ərzində 60% endi”, - OldSchoolHeel bildirib, Dan isə “Ha-ha... iOS 8.4 ilə batareyadan heç nə qalmadı”, - yazıb.

iOS 8.4-də əsas yenilik “Musiqi” əlavəsinin yenilənməsi olub, burada musiqili pleyer ilə istifadəçi seçiminə görə musiqi tövsiyə edən Apple Music adlı servis birləşdirilir.

İstifadəçilərin fikrinə görə, yeni musiqili funksiyalar iş müddətinin azalmasında sonuncu rolu oynamayıblar.

Apple-in rəsmi internet forumunda iOS 8.4-ə aid çoxsaylı şikayət var. İstifadəçi Jstass bildirib ki, iPhone 6 plus yenilənərkən proses yarımçıq qaldı. Problemi smartfonu “sərt şəkildə” yenidən işə saldıqdan sonra həll etmək mümkün oldu.

Bəziləri isə “Musiqi” əlavəsinin yenilənməsindən şikayətçidirlər. İstifadəçi ENX bəyan edib ki, iOS 8.4 yenilənməsindən sonra qurğuya daha öncədən yüklədiyi musiqilər silinib. Onunla yanaşı playliste də silinib. “Yalnız aldığım mahnılar qalıb”, - o deyib.

Digər istifadəçi Jjwiecz Apple-in internet forumunda musiqili kitabxanasında bütün mahnı sözlərinin itdiyindən şikayətlənib. iOS 8.4-ün musiqi mətnlərini dəstəkləmədiyinə Re/code-nin jurnalisti Uolt Mossberq (Walt Mossberg) də diqqət edib. O, bunu yenilənmiş əlavənin çatışmazlıqlarına aid edib. Apple şirkətində bu problemin həlli üzərində işlədiklərindən əmin ediblər.(aia.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024