Mobil versiya
Birlikdə gülmək adamı xoşbəxt edir - Alimlərin yeni araşdırması
Tarix: 24-01-2019 | Saat: 11:10
Bölmə:Media | çapa göndər

Birlikdə gülmək adamı xoşbəxt edir - Alimlərin yeni araşdırması


Gülmək, yumor hissi cütlüklər arasında həlledici rola malikdir.

aia.az Medicina.az-a istinadən xəbər verir ki, cütlüklər arasında olan zarafat ya onların daha da yaxınlaşmasına, ya da əksinə əlaqələrinin sonlanmasına səbəb olur. Həmçinin də zarafat qarşılıqlı münasibətlərin markeri rolunu da oynayır.

Alimlərin fikrincə, cütlüklərin nəyəsə birlikdə gülmələri onlar arasında olan əlaqələrin daha da möhkəmlənməsinə səbəb olur. 150 min insanın üzərində aparılan 39 analizin nəticələri bunu deməyə əsas verir.

Məlum olub ki, əgər insan zarafat etməyi bacararsa və ətrafındakı insanlar onu zarafatcıl hesab edirlərsə, bu, onun bəxtinin sevgidə də gətirdiyini bildirilir.

Birlikdə zarafatlaşıb gülmək cütlüklər arasında olan münasibətləri müəyyən etdiyi üçün çox əhəmiyyətlidir. Bundan əlavə qarşı tərəfi təhqir edəcək aqressiv zarafatlardan uzaq durmaq məsləhətdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024