Mobil versiya
Dünya liderləri “Səhranın bəyaz günəşində” – FOTO
Tarix: 28-10-2015 | Saat: 17:09
Bölmə:Media / Aia TV / Karusel | çapa göndər


Təqvimi hazırlayanlar öz əsərlərinə yumor hissi ilə yanaşıblar.

Şəbəkədə “Səhranın bəyaz günəşi - 2016” təqvimi peyda olub.

Oxu.Az xəbər verir ki, əsas qəhrəmanlar Vladimir Putin, Bəşər Əsəd, Barak Obama, Sergey Şoyqu, Con Kerri, Sergey Lavrov və başqalarıdır.

Putin və onun komandası haqqında yeni təqvim internetdə sürətlə populyarlıq toplayır. Bu dəfə təqvimi hazırlayanlar öz əsərlərinə yumor hissi ilə yanaşıblar və yeni təqvimi “Səhranın bəyaz günəşi” filminin motivləri əsasında hazırlayıblar.

Təqvimin səhifələrində Vladimir Putin qırmızı ordunun hərbçisi Suxovun, Bəşər Əsəd isə Suxovun xilas etdiyi Səidin obrazında çıxış edirlər.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu sadiq silahdaş Petruxanın geyimindədir.

Mücahidlərin sovet hakimiyyətinin düşmənləri obrazında isə Barak Obama, Con Keri, Əbu-Bəkr əl-Bağdadi və başqaları çıxış edirlər.















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024