Alma sirkəsini özünüz hazırlayın - RESEPT
Tarix: 6-09-2017, 21:52 | Saat: 15:47:00
Bölmə:Maraqlı, Karusel | çapa göndər

Alma sirkəsini özünüz hazırlayın - RESEPT







Təbii alma sirkəsi çox faydalı müalicəvi məhsuldur - immuniteti möhkəmləndirir, cavanlaşdırır, damarları təmizləyir, aterosklerozun qarşısını alır, dərinin vəziyyətini yaxşılaşdırır, arıqlamağa kömək edir. Lakin bunu da nəzərə almaq lazımdır ki, yalnız təbii alma sirkəsi müalicəvi xüsusiyyətlərə malikdir.

Aia.Az saglamolun.az-a istinadən alma sirkəsinin ev şəraitində hazırlanma qaydasını təqdim edir. Bunun üçün 1 kq alma (qabıqlı) sürtgəcdən keçirilir, üzərinə 1 l qaynanmış ilıq su tökülür, 40 qr ovumuş qara çörək, 10 qr maya və 1/2 stəkan şəkər tozu əlavə olunur və qarışdırılır. Qarışığı 10 gün ərzində otaq temperaturunda saxlayın, gündə 2 dəfə qarışdırın. Sonra yaxşı süzün və butulkalara tökün. Daha 1 həftə saxlayın və sonra müalicə üçün istifadə edin.

Hər gün 1 stəkan ilıq suya 1 x.q. alma sirkəsi və 1 ç.q. bal əlavə edin, qarışdırın və için.

aia.az



597 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
23-11-2017
22-11-2017
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930