Mobil versiya
Ağlamağın ağılasığmaz FAYDALARI
Tarix: 08-07-2017 | Saat: 13:36
Bölmə:Media / Aia TV | çapa göndər

Ağlamağın ağılasığmaz FAYDALARI


İnsan həyatında baş verən kədərli hadisələrə göz yaşları ilə reaksiya verir, ağlayır, bununla təskinlik tapır və el dilində desək ağlamaqla ürəyini boşaldır. Ancaq göz yaşlarının insan həyatında rolu yalnız bundan ibarət deyil. Tanınmış həkim Uilyam Freyanın fikrinə görə göz yaşları ilə insan sağlamlığının birbaşa əlaqəsi var.

Modern.azsaytı mövzu ilə bağlı yazını təqdim edir.

Elmi araşdırmalar nəticəsində sübut olunub ki, insan ağlayarkən onun göz yaşları orqanizmdəki zərərli maddələri özü ilə birgə xaric edir. Bu zərərli maddələr orqanizmdə qaldıqda isə onlar bütövlükdə orqanizmin fiziki və psixi yüklənməsinə səbəb olur.

Amma söhbət heç də bütün günü hönkür-hönkür ağlamaqdan deyil, sakit göz yaşları axıtmaqdan gedir. Yəni təsirli bir filmə baxarkən, həzin bir musiqi dinləyərkən, yaxud kövrək bir məqamla üzləşərkən axıdılan göz yaşları nəzərdə tutulur. Mütəxəssislər belə göz yaşlarını insan üçün zəruri sayır, tövsiyə edirlər ki, buna görə utanmaq və çəkinmək lazım deyil. Əks təqdirdə göz yaşlarını məcbur saxlamaq bir cox ciddi xəstəliklərin yaranmasına təkan verir. Psixoloqlar qeyd edirlər ki, aylarla, illərlə ağlamayan insanlarda sinir pozğunluğu və psixi dəyişikliklər daha cox müşahidə olunur.

Maraqlı faktlardan biri də odur ki, göz yaşları ilə birgə orqanizmdən təkcə zərərli maddələr deyil, həm də stress stimulyatorları da xaric olunur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarında və ayrı-ayrı statistik göstəricilərdə məlum olur ki, qadınlar kişilərə nisbətdə daha uzunömürlüdürlər. Bunun əsas səbəblərindən də biri qadınların daha tez-tez göz yaşlarını axıtmalarıdır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə