Mobil versiya
Dünyada acların sayı kəskin artıb
Tarix: 04-07-2017 | Saat: 12:38
Bölmə:Media / Manşet | çapa göndər

Dünyada acların sayı kəskin artıb


Son iki ildə dünya üzrə aclıqdan əziyyət çəkən insanların sayı əhəmiyyətli dərəcədə artıb.

AİA.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında qeyd edilib.

Bildirilib ki, bu tendensiya 25 ildə aclıqla mübarizə üzrə əldə edilən inkişafa xələl gətirir. Xüsusilə qida təhlükəsizliyi sahəsində çətin vəziyyət Şimal-Şərqi Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə müşahidə olunur. Bu ölkələrdə 20 milyon insan aclıqdan əziyyət çəkir.

FAO-nun baş direktoru Joze Qrasiona İdarə heyətinin iclasında bildirib ki, dünyada aclıqdan əziyyət çəkən insanların 60 faizi münaqişə və ya iqlim dəyişikliyinin müşahidə edildiyi ölkələrdə yaşayır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024